Toma pendiri

Toma pendiri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toma (İtalyan Toma) və ya Toma Piemontese (it. Toma Piemontese) — PyemontValle d'Aosta bölgəsində istehsal olunan inək südündən hazırlanmış yumşaq və ya yarı bərk pendirdir. Toma Piemontese DOP adı Piedmont bölgəsinin ərazilərində — Novara, Vercelli, Biella, Turin, Kuneo, Verbano və Verbano Kuzio OssolaAlessandriya Asti əyalətinin digər şəhərlərində istehsal olunan pendirlərə verilir.[1].

Toma pendirinin uzun bir tarixi var, onun Pyemontda istehsalı ən azı XI əsr əsrdən bəri məlumdur. Çox ədviyyatlı və duzlu olduğuna görə kəndlilərin yeməyi hesab olunurdu. Pendir 1993-cü ildə DOP, 1996-cı ildə isə Avropa Birliyinin PDO statusunu aldı.[2].

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

Pendir süddən iki üsulla hazırlanır, südün yağı yıgılırsa az yağlı 20% azaldılmış yağlı pendir, tam süddən istifadə edilərsə, 40% yağlı pendir hazırlanır. Pendirin dadı, rəngi, aromatı onun tərkibindəki südün yağlılığından fərqlənir. DOP kateqoriyalı pendirlərin yetişmə müddəti 20–45 gündür. Hazırlanma zamanı pendirlər müntəzəm olaraq şoran suda yuyulur və çevrilir. Saxlanma qaydası 13 ° C temperaturda 85% rütubətli mağaralarda və ya ayrı otaqlarda baş verir. Toma Tenera pendiri tam yağlı süddən hazırlanır, Toma Semidura pendiri isə yağsız süddən hazırlanır. Toma Tenera pendiri sarı rəngli, xoş ətirli, şirin dadlı olur. Pendirin üzü elastik, hamar və qırmızı qəhvəyi rəngdə olur. Toma Semidura pendiri ağ rəngdə olur. Yağsız pendir çörək, mürəbbə, bal və qoz ilə yeyilir. Dolcetto, Carema və Barolo kimi qırmızı şərablar Toma pendirləri ilə yaxşı uyğunlaşır.[3].

  1. "Toma Piemontese DOP". 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15.
  2. "Тома П'ємонтезе (rus.)". 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15. Тома П'ємонтезе (rus.)
  3. "Toma Piemontese (ing.)". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-15. Toma Piemontese (ing.)