Tomas Anders | |
---|---|
alm. Thomas Anders | |
Ümumi məlumatlar | |
Doğum adı | Bernd Weidung |
Ləqəbi | Thomas Anders |
Doğum tarixi | 1 mart 1963[1] (61 yaş) |
Milliyyəti | alman |
Uşağı | 1 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, müğənni-mahnı yazarı |
Fəaliyyət illəri | 1980-ci ildən |
Janrlar |
Sinti pop Pop Dans-pop Avro disko |
Musiqi alətləri | klavişli alət[d], piano |
Səs tembri | tenor |
Albom şirkətləri | Polydor Records, BMG |
Təhsili |
|
Üzvlüyü |
|
thomas-anders.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Anders (alm. Thomas Anders, 1 mart 1963[1]) — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri, Modern Talking duetinin iştirakçısı.
Tomas Anders 1963-cü ildə alman və italyan əsilli ailədə Kolbens şəhərində anadan olmuşdur. Uşaqlıqda gitara və fortepianoda çalmağı öyrənmişdir. 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olmuşdur. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə Anders Diter Bolen ilə tanış olur. Bu musiqiçilərin görüşməsinə əsas səbəkar "Hansa" Berlin səsyazma studiyası olmuşdur. Bəstəkar və prodüser Diter Bolen özünün "Was macht das schon" adlı mahnısını ifa etmək üçün Tomas Andersi Hamburqa dəvət edir. Diterin təklifinı cavab olaraq Tomas dərhal Hamburqa uçur və mahnı üzərində çalışmalara başlayır. 1983–1984-cü illərdə musiqiçilər ən uğurlusu "Wovon traumst du denn" olmaqla alman dilində 5 sinql buraxırlar, lakin Diter tədricən başa düşür ki, beynəlxalq uğuru yalnız ingiısi dilində manhılar ifa etməklə əldə etmək olar və nəticədə 1984-cü ildə musiqiçilər Real Life qrupunun "Catch me İ`m falling" hit mahnısının kaver-versiyasını işləyirlər, lakin layihə hazırlandıqdan sonra musiqiçilərin adları hallanmır və layihə Headliner adı altında tanınır, musiqnin müəllifi kimi isə Steve Benson adı hallanır (Diter Bolenin yaradıcı psevdoadlarından biri). Duetə məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" superhiti olur.[2][3][4] Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur. Sinql ilk əvvəl alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı Modern Talking olur. Mənası "Müasir danışıq" deməkdir.
1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi. Bu hadisədən sonra qrup daha iki il, kontraktın bitməsinə qədər fəaliyyət göstərir. Nəhayət, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar.[5] 1987-ci ildə Tomas ABŞ-yə gedir. Burada çox populyarlıq qazana bilmir. Yalnız 1998-ci ildə "Modern Talking" qrupu birləşdikdən sonra populyarlıq qazana bilir. 2003-cü ildə Tomas Anders Diter Bolen ilə razılıq əsasında ayrılırlar. 2003-cü ildən sonra Anders öz solo karyerasına başlayır və böyük populyarlıq qazanır.[6]
Tomas Anders Nora Ballinq ilə 1985–1989-cu illər arası ailə həyatı qurur. Modern Talking qrupu dağılandan bir müddət sonra Tomas Nora ilə boşanma qərarını verir. Tomas Anders ABŞ-yə köçdükdən sonra uzun müddət evlənmir. 2000-ci ildə isə Tomas Klaudia Hels ilə ailə həyatı qurur və bu onun ikinci evliliyi olur. Onların 2002-ci ildə Aleksandr Milk adında oğlu olur. Tomas Anders və ailəsi Almaniyanın Kolbens şəhərində yaşayırlar.[7]