Tomas Burke

Tomas Burкe
Şəxsi məlumatlar
Tam adı Tomas Eldmund Burкe
Vətəndaşlığı ABŞ Birləşmiş Ştatlar
Doğum tarixi
Doğum yeri Boston, Birləşmiş Ştatlar
Vəfat tarixi (54 yaşında)
Vəfat yeri Boston, Birləşmiş Ştatlar
Təhsili
Boyu 183 sm
Çəkisi 66 kq
İdman növü Yüngül atletiкa
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas "Tom" Burke (d. 15 yanvar 1875; Boston, Birləşmiş Ştatlar - ö. 14 fevral 1929; Boston, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb.

Tomas Burke 1875-ci ilin 15 yanvar günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1929-cu ilin 14 fevral tarixində isə elə həmin şəhərdə ömrünün 54-cü yaşında vəfat edib.

Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Tomas Burke 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Burke təsnifat mərhələsində 11.8 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 12.0 saniyə nəticəyə imza atan Tomas Burke I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.

Burke Afina Olimpiadasında həm də 400 metr məsafəyə qaçış yarışlarında qüvvəsini sınadı. Təsnifat mərhələsində 58.4 saniyə nəticə göstərən Tomas Burke finalda 54.2 saniyə nəticəyə imzan atdı və I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.