Tonlesap gölü | |
---|---|
khm. បឹងទន្លេសាប | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1,5 m[1] |
Eni | 100 km |
Uzunluğu | 250 km |
Sahəsi | 16,000 km² |
Həcmi | 80 km³ |
Dərin yeri | 9 m |
Orta dərinliyi | 0,5 m |
Yerləşməsi | |
12°52′34″ şm. e. 104°04′23″ ş. u.HGYO | |
Ölkə | Kamboca |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tonlesap[2] (khm. បឹងទន្លេសាប), «Kamboca daxili dənizi» — Kamboca ərazisində yerləşən, Hind-Çin yarımadasında yerləşən ən iri göldür.
Gölün adı Kxmer dilindən tərcümədə «Böyük qumlü göl» mənasını verir. Tonlesap bir çox mənbələrdə «Böyük göl» adlandırılır. İlin böyük hissəsi gölün sahəsi 2700 km², dərinliyi isə bir metri keçmir. Bu əsasən quraq mövsümdə baş verir. Yağışlar mövsümündə isə gölədən axan Tonlesap çayı gurlaşaraq Mekonq çayına birləşir. Bu ərəfədə gölün səviyəsi birdən birə 16,000 km² qədər yüksəlir. Dərinliyi isə 9 metri keçir. Gölün səviyəsi əsasən tarla və meşələri öz ağuşuna alır. Bu əsasən avqust-sentyabr ayları Musson yağışları dönəmində müşahidə edilir.
Göl ümumilikdə balıqçılığın inkişafı üçün əhəmiyyətlidir. Göl dünyada balıq məhsullarının ehtiyatları baxımından seçilir. Bundan əlavə yağışlar mövsümündə gölün daşması nəticəsində böyük lil kütləsi tarlalara yayılır. Bu isə humusun artması səbəbindən məhsuldarlığı artırır. Göl üzərində yerləşən evlər turizmin inkişafına zəmin yaradır.
Burada maraqlı hadisə ilə rastlaşmaq olar. Belə ki, insanlar üzən və dirək üzərində tikilən evlərdə yaşayırlar. Evlər bambuk ağacından inşa edilir. Yeganə daş bina möhkəm dirəklər üzərində yerləşən Buddizm məbədidir. Burada səyyar mağaza və kafelər fəaliyyət göstərir. Üstəlik katolik kilsəsi mövcuddur. Yerli əhali ömürünün böyük qismini su üzərində keçirir.