Tor dağı | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.675 m |
Yerləşməsi | |
66°32′ şm. e. 65°19′ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tor Dağı — Kanadanın Baffin adasında dağ zirvəsi. Auyuittuk Milli Parkında, Pangnirtungdan 46 km. şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1675 m-dir.
Torus Yer kürəsində ən böyük şaquli yamaca malikdir: hündürlüyü 1250 m. və orta bucağı 105 dərəcədir.[1] Bu xüsusiyyətinə görə dağ məşhur alpinizm yeridir.
Dağda kempinqə[2] icazə verilir. Bir neçə təyin edilmiş düşərgə Akşayuk keçidində yerləşir. Tor dağına yüksəlmək istəyən alpinistlər üçün bazadan bir neçə km şimalda küləkdən qorunma və təcili sığınacaqları olan qurulmuş düşərgə var.
Dağ Skandinaviya ildırım tanrısı Torun adını daşıyır.[3]
Tor dağı Baffin dağlarının bir hissəsidir, bu da öz növbəsində Arktik Kordilyer[4] dağ silsiləsinin bir hissəsidir.[5] Dağın tərkibi qranitdir.
Dağın yaşı 570 mln. ildən 3,5 mln. il arasında dəyişir və onu yer üzündəki ən qədim qayalardan birinə çevirir. [8]