Torpaqların ekologiyası- kənd təsərrüfatı ekologiyasının bölməsi; torpaqdan istifadə şəraitini təyin edən təbii faktorları öyrənir. Torpaqların ekologiyası təbiətin mühafizəsi fəaliyyəti ilə sıx bağlıdır. Bu termini L. Q. Ramenski (1938) təklif etmişdir.
Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir. Zonal əkinçilik sistemləri çərçivəsində münbitliyin idarə edilməsi əhəmiyyətinə görə Azərbaycan torpaqlarının xassələrinin faktiki və optimal parametrləri əsasında doqquz blokdan ibarət münbitlik modeli hazırlanmışdır:
Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir.[2] Zonal əkinçilik sistemləri çərçivəsində münbitliyin idarə edilməsi əhəmiyyətinə görə Azərbaycan torpaqlarının xassələrinin faktiki və optimal parametrləri əsasında doqquz blokdan ibarət münbitlik modeli hazırlanmışdır: