Bu məqaləni vikiləşdirmək lazımdır. |
Torrent — internetdən fayl yükləmək üçün lazım olan hər məlumatı içində saxlayan,'torrent' adlı kiçik bir fayldır. Torrentdə fayl adları, bu faylların ölçüləri, haradan yüklənəcəkləri kimi məlumatları özündə saxlayır. Torrent fayllarını və axtarış mühərriklərini bir çox veb saytdan (isohunt, torrentz) əldə etmək mümkündür. Torrnetlə, filmlər və oyunlar da daxil olmaqla, ən nəhəng faylları sürətli yükləmək mümkündür. Torrent ilə fayl yükləməyin internet istifadəçiləri üçün bir çox üstünlüyü vardır. Əvvəlcə Torrentin dünya səviyyəsində məşhur bir istifadə şəbəkəsinin olduğunun vurğulamaq lazımdır. Bu torrent fayllarını yükləyən istifadəçi daha sonra BitTorrent proqramlarından biri vasitəsilə (μTorrent, BitTorrent, Transmission) bu faylı açar və yükləmə əməliyyatına başlar. Torrent yalnız fayl paylaşmasını təmin edən bir vasitə deyil eyni zamanda cib telefonlarına qədər sadələşdirilmiş və gələcək illərdə bəlkə televiziyalara və peyk şəbəkələrinə qədər bir çox yerə girmə potensialına sahib bir texnologiyadır.
Torrentin üstünlükləri:
BitTorrent 2 iyul 2001 tarixində ilk dəfə istifadə edilməyə başlanmışdır. Və torrent formatli fayllar ilə fayl transferi edilməkdədir. Bu torrent formatlı çox kiçik ölçüdəki fayllar, əsl paylaşılan böyük fayllar haqqında məlumat daşıyıçılarıdır. P2P yəni peer2peer (adamdan adama) fayl paylaşmasını təmin edən bir tətbiqdir. Bu tətbiqi tapan Bram Cohen daha sonra BitTorrent adında bir də proqram tərtib etdi. Bu səbəblə bu iki anlayışı qarışdırmamaq lazımdır, BitTorrent həm tətbiq həm də bu tətbiqi tapan adamın meydana gətirdiyi bir proqramın adıdır.
BitTorrent, torrent yükləmə üçün istifadə edilən ən geniş yayılmış bir proqramdır. Bu proqram rahat interfeysə malikdir və internetdən endirilməsi çox rahatdır. Proqramdan istifadə edərkən qarşımıza müxtəlif torrent terminləri çıxa bilər: