Toson Şimazaki

Toson Şimazaki
yap. 島崎藤村
Doğum adı 島崎 春樹
Doğum tarixi 25 mart 1872(1872-03-25)[1]
Doğum yeri
Vəfat tarixi 22 avqust 1943(1943-08-22)[1][2] (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Uşaqları
  • Keyci Şimazaki[d],
  • Osuke Şimazaki[d]
Atası Masaki Şimazaki[d]
Təhsili
  • Meyci Qakuin[d],
  • Taymey ibtidai məktəbi[d],
  • Meyci Qakuin liseyi[d],
  • Kaysey Akademiyası[d]
Fəaliyyəti şair, romançı, yazıçı, söz yazıçısı[d]
Fəaliyyət illəri 1897–1943
Əsərlərinin dili yapon dili
İstiqamət naturalizm
Tanınmış əsərləri
Üzvlüyü
  • Yaponiya PEN Klubu[d],
  • Yaponiya İncəsənət Akademiyası[d],
  • Nihon Bunqaku Hokokukay[d]
Vikimənbənin loqosu Toson Şimazaki Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toson Şimazaki (島崎 藤村, Şimazaki Toson?, 25 mart 1872[1], Maqome-cuku[d], Gifu prefekturası22 avqust 1943[1][2], Oiso[d][3]) və ya doğum adı ilə Haruki ŞimazakiYaponiya yazıçısı. Yapon naturalizminin əsas müdafiəçilərindən biri olmuşdur.

1872-ci ildə Naqano prefekturasının Maqome şəhərində doğulmuşdur. Doğum adı Harukidir. Yaponiya klassiklərinin tədqiqatçısı olmuş Masaki Şimazakinin dördüncü oğlu idi.[4] Şimazaki ailəsi fermer sinfinə mənsub olsa da, regionun aparıcı ailələrindən biri olmuşdur.[5]

1881-ci ildə təhsil almaq məqsədilə Tokioya köçmüşdür. 1887-ci ildə Meyci Qakuin məktəbinə daxil olmuş, 1891-ci ildə məzun olmuşdur. 1893-cü ildə "Bungakukai" ədəbi jurnalını təsis edən şəxslərdən biri olmuşdur. 1896-cı ildə müəllim kimi işləmək üçün Tokiodan Sendaya köçmüşdür.[5] Bir il Tohoku Qakuin məktəbində dərs demişdir.[4] 1897-ci ildə "Gənc bitkilər kolleksiyası" adlı ilk şeir kolleksiyasını nəşr etmişdir. Romantik üslubda yazılmış bu şeir kolleksiyası gənc oxucular tərəfindən bəyənilmişdir.[5] 1899-cu ildə Naqano prefekturasının Komoro şəhərinə köçmüş və Komoro Qicuku məktəbinin müəllimi olmuşdur. 1900-cü ildə növbəti şeir kolleksiyası nəşr olunmuşdur. [4]

Yazıçılıq fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Tokioya qayıtdıqdan sonra roman yazmağa qərar vermişdir. "Sulu boya rəssamı" onun ilk roman işi olmuşdur.[4] 1906-cı ildə "Pozulmuş əmr" adlı əsas romanı nəşr olunmuşdur. Yaponiya ədəbiyyatının ilk naturalist romanı hesab olunan bu romanın baş qəhrəmanı burakumin olduğunu gizlətməyə çalışan məktəb müəllimidir.[5]

Toson növbəti illərdə avtobioqrafik romanlar yazmağa üslünlük vermişdir. 1908-ci ildə yazdığı ikinci romanı "Bahar" onun gənclik illərindən bəhs edir. 1910–1911-ci illərdə yazdığı "Ailə" romanı yapon naturalizminin klassik əsərlərindən biri hesab olunur. Roman yazıçının qohumluq əlaqələri olduğu iki ailənin zəifləməsindən bəhs edir. Toson 1929–1935-ci illərdə yazdığı əsas tarixi romanı olan "Şəfəqdən öncə" romanında Meyci islahatını atasının prespektivindən təsvir etmişdir.[5]

Toson 1935-ci ildə yaradılmış Yaponiya PEN Klubunun ilk prezidenti olmuşdur.[6] Gi de Mopassanın hekayələrini yapon dilinə tərcümə etmişdir.[7]

Tosonun doğulduğu ev bərpa olunaraq 1952-ci ildə Toson Memorial Muzeyi kimi açılmışdır.[8]

  1. 1 2 3 4 Shimazaki Toson // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Tōson Shimazaki // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Shimazaki Tōson // Encyclopædia Britannica (ing.).
  4. 1 2 3 4 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 1399
  5. 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 101. ISBN 0-87011-627-4. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2024.
  6. Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 21. ISBN 0-87011-625-8. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2024.
  7. Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 245. ISBN 0-87011-628-2. 20 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2024.
  8. "Toson Memorial Muzeyi". Rəsmi sayt (yaponca). 8 dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]