Tovma Artsruni | |
---|---|
erm. Թովմա Արծրունի | |
Doğum tarixi | bilinmir[1] |
Vəfat tarixi | X əsr |
Elm sahəsi | tarix |
Tanınır | «Artsruni xanədanının tarixi» |
![]() |
Tovma Artsruni (erm. Թովմա Արծրունի), Foma Artsruni[2][3] (bilinmir[1] – X əsr) — IX–X əsr erməni tarixçisi.
Tarixçinin tərcümeyi-halı məlum deyil[4]. Yalnız məlumdur ki, görkəmli feodal sülaləsi olan Artsrunilər nəslindən olub. IX əsrin ikinci yarısında – X əsrin birinci onilliklərində yaşayıb-yaratmışdır[4]. Zamanəmizə qədər gəlib çıxmış "Artsruni xanədanının tarixi" əsərini 880-ci ildə yazmağa başlamış və 910-cu ilə qədər davam etdirmişdir[4].
Tədqiqatçıların fikrincə, "Artsruni xanədanının tarixi" əslində iki ayrı-ayrı müəllifin qələminin məhsuludur[5]. Ehtimal olunur ki, kitabın ilk hissəsi 261-ci səhifəyə qədər Tovma tərəfindən yazılmışdır, yerdə qalan (262-ci səhifədən 305-ci səhifəyə qədər) hissəni isə hansısa anonim müəllif əlavə etmişdir[5], hansı ki hadisələrin xronologiyasını 940-cı ilə qədər aparıb çıxarmışdır[6][7].