Tozsoran və ya tozsoran maşın — hava nasosunun köməyi ilə səthlərdəki çirkləri və tozu sora bilən elektrik cihazı. Sorma zamanı toz maşının süzgəcində ilişir. Tozsoran maşınlar adətən döşəmələrin təmizlənməsi üçün tətbiq edilir.
Tozsoran maşınlar süpürgələrin texniki cəhətdən inkişaf etmiş xələfləri kimi qəbul olunurlar. Bu qəbildən olan cihazların başlıca üstünlükləri arasında vaxta qənaət, daha effektiv təmizlik və çoxfunksiyalılıq kimi elementlər vardır. Texniki spesifikasiya cəhətdən yaş və quru olaraq səciyyələndirilən cihaz, yaş rejimdə sorma zamanı bir çox tekstil məmulatını, məslən xalıları, habelə divar kağızlarını təmizləməyə imkan yaradır. Zaman-zaman izafi elektrik enerjisindən istifadəyə yol verməsi onu tənqid olunan cəhəti arasında olsa da, ekoloji cəhətdən ziyansız modelləri də mövcuddur.
Tozsoran maşınların texniki göstəriciləri məişətdə və sənayədə fərqlənir. Ümumən hər iki sferada yayğın olan mexaniki istifadəyə əsaslanan tozsoranlar, ucu xüsusi sorucu komponentdən ibarət metal sərt boru və onun əsas motor hissəsi ilə onu birləşdirən elastik borudan ibarət olurlar.
Bu tozsoranlar tozun yığılma yerindən asılı olaraq 3 növə ayrılır:
Bu tip tozsoranın quru və yaş təmizləmə funksiyası olub, xalça və döşəmələri quru və sulu təmizləmə, kafel və pəncərələri yumaq və başqa bu kimi işəri görür. İş prinsipi belədir: su çəninə (qab) su ilə birlikdə tökülən yuyucu ilə tozsoranın başlığı vasitəsilə yuyulan sahəyə püskürdülür. Bundan sonra su çirklə birgə geri yığılır (Fakir PrestigeAquawelt, Fakir Deluxe9800S ÖkoLine, Fakir Classic9800S ÖkoLine).
Tozsoran ingilis Hubert Bootti tərəfindən ixtira edilmişdir. Onun ixtirası maye yanacaqla işləyirdi və daşımaq çox çətin idi. Bu səbəbdən işcilər tərəfindən at arabaları ilə daşınırdı. Pəncərələrdən xortum vasitəsilə evə salınaraq evlərin içi təmizlənirdi. Ancaq 1908-ci ilde Murray Spangler bu alətin daha yüngül və elektriklə işləyən variantını icad etdi və patentləşdirdi. Ancaq daha effektiv marketinq və satış üçün William Hooverin şirkəti tərəfindən istehsal olundu və satışa çıxarıldı.[1]
XX əsrin əvvəlində evdarlıq işlərində tozların təmizlənməsi üçün ingilis Sesil Buz (ingl. Cecil Booth) nasosla işləyən mexaniki sorma sistemini təklif edir. Nasos qabın daxilində vakuum yaradaraq oraya xaricdən tozlu havanın sorulmasına imkan verirdi. Tozlu hava möhkəm parçadan hazırlanmış torbadan keçərək təmizlənir və yenidən xaric olunurdu. Nasosu işlətmək üçün benzin mühərrikindən istifadə olunmuşdur. Bu, böyük avadanlığı nəql etmək üçün arabadan istifadə edilirdi. Otağı təmizləmək üçün araba evin yaxınlğında saxlanaraq uzun şlanqla təmizlik işləri görülürdü. Ayrı-ayrı firmalar bu araba ilə ev-ev gəzərək öz xidmətlərini təklif edirdilər. Böyük evlərin zirzəmisində belə qurğular yerləşdirilirdi. Ayrı-ayrı otaqlardan gələn şlanqalr zirzəmidəki tozsoran qurğuya birləşdirilirdi. 1918-ci ildən etibarən tozsoran maşınlar daha da inkişaf etdirilərək fərdi tələbat üçün uyğunlaşdırılır. Bu maşınlar vakuum nasosu əvəzinə pərlərlə işləyən mühərriklərin ixtirasından sonra baş verir. Bunun nəticəsində kiçik maşınların hazırlanması mümkün olmuşdur. Evdarlıq işlərinin aparılması üçün gövdə və dəstəkdən ibarət olan tozsoran maşınlar başqa konstruksiyaları üstələyərək geniş tətbiq olunurlar. Bu konstruksiya bu gün istifadə olunan maşınların əsasını təşkil edir.
1932-ci ildə Almaniyada tozsoran maşınların yeni növü ixtira edilir. Bu maşınlar fırçalarla işləyirdi. Maşının alt tərəfində yerləşdirilmiş üç ədəd fırça fırlanaraq döşəmədə olan tozları və iri ölçülü qırıntıları bir yerə yığaraq sorurdu. Bu maşınların hər bir ev əşyası üçün xüsu fırça ilə təmin olunmasına baxmayarq, onlar məişətdə öz geniş tətbiqini tapa bilməmişlər. Tozsoran maşınlarında bir sıra təkmilləşdirmələri nəzərə almaqla demək olar ki, onların inkişafı əsasən 30-cu illərin sonunda başa çatır. Bundan sonra yalnız yeni filtr materiallarının, daha güclü və davamlı mühərriklərin və müxtəlif başlıqların tətbiqi baş verir. Məişət texnikasında sonrakı keyfiyyət dəyişmələri II dünya müharibəsindən sonra elktronikanın tətbiqi ilə baş verir. Burada da sadəcə olaraq bəzi əməliyyatların proqramlaşdırlması aparılır.[2]