Trans yağlar (trans yağ turşusu izomerləri) — trans-konfiqurasiyasında olan, yəni "karbon-karbon" kovalent əlaqəsinin əks tərəflərində yerləşən karbohidrogen əvəzedicilərinə malik olan doymamış yağ növü.
Trans yağlar təbii ət və süd məhsullarında, eləcə də yüksək temperatura məruz qalan bitki yağlarında, xüsusən dezodorasiya olunmuş yağlarda az miqdarda olur. Onlar doymamış yağların hidrogenləşməsi prosesinin yan təsiri kimi böyük miqdarda əmələ gəlir, məsələn, marqarin istehsalında. Burada qeyd etmək lazımdır ki, tərkibində doymamış yağ turşuları olmayan sərt marqarin inək (kərə yağı) yağından fərqli olaraq 7 % ə qədər trans yağları ehtiva edə bilər.
Trans yağların istehlakının ürək-damar xəstəlikləri və ölüm ehtimalının artması ilə əlaqəli olduğu göstərilmişdir. Bu baxımdan ÜST və digər səhiyyə təşkilatları trans yağların istehlakından çəkinməyi tövsiyə edir[1] .