«Trepça» (alb. Miniera e Trepçës, serb. Рудник Трепча) — Kosovoda böyük sənaye kompleksi. Mitrovitada yerləşir. Zavodun mülkiyyət məsələsi Serbiya və Kosovo hakimiyyəti arasında mübahisə predmetidir[1].
Yuqoslaviyanın dövründə Trepçada 23000 nəfərə qədər işçi çalışırdı. Bu isə onu ölkənin ən böyük sənaye müəssisələrindən birinə çevirdi. 1930-cu illərdə bir ingilis şirkəti Mitrovitsa yaxınlığındakı Stanterq mədənindən istifadə hüququnu əldə edir. İkinci Dünya müharibəsindən sonra, sosializm şəraitində şirkət genişlənməyə davam edir.
Trepça müəssisəsi, əsasən Kosovoda, qismən Monteneqroda yerləşən 40 mədən və fabrikdən ibarət bir konqlomerat idi. Lakin müəssisənin özəyi və çoxlu xammal mənbəyi Kosovanın şimalındakı Mitrovitsa şərqindəki böyük bir mədən kompleksində yerləşirdi[2].
Ancaq 1980-ci və 1990-cı illərin sonlarında bir neçə mədən və fabrik bağlandıqdan sonra Kosovadakı Trepça mədən kompleksində indi yalnız yeddi qurğuşun və sink mədəni, üç konsentrat zavodu, bir metallurgiya zavodu və bir sink zavodu var. Mədənlər coğrafi mövqeyinə görə bölünür: Şimali zəncir, Orta zəncir və Cənub zənciri[3]. Yuqoslaviyanın 1980-ci illərdə 20 min işçi işləyən və mineral sərvətinin 70% -ni təşkil edən nəhəng kompleksindən biridir[4].
Mədənlərdə hələ də 4.96% qurğuşun, 3.3% sink və 74.4 q/t gümüş olan 60.5 milyon ton filiz ehtiyatı vardır. Bu da üç milyon ton qurğuşun, iki milyon ton sink və 4500 ton gümüş deməkdir[5].
80-ci illərin sonuna qədər Trepça kompleksində 20 mindən çox insan işləyirdi. Bu Kosovanın ÜDM-nin 70% -ni təmin edirdi. Kosovo müharibəsi zamanı serblər və albanlar kompleksi idarə etmək üçün mübarizə aparırlar. 2000-ci ildə kompleks Serb işçilərinin müqavimətini dəf edərək KFOR qüvvələri tərəfindən ələ keçirilir. İndi obyektlərin bir hissəsi qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti, bəziləri isə Belqrada sadiq olan Kosovo Mitrovitsa Serbiya hakimiyyəti tərəfindən idarə olunur. Müəssisə ilə bağlı mübahisələrə görə, onun əksər qurğuları fəaliyyətsizdir. Bəzi hesablamalara görə, müəssisənin fəaliyyətini bərpa etmək üçün 650 milyon dollar investisiya tələb olunur[6].
Kosovo müharibəsi başa çatdıqdan sonra BMT Trepça ərazisində Jitkovac, Kablare və Çesmin Luq qaçqın düşərgələrini təşkil edir. Qaraçı ailələri, Aşkali və Balkan misirliləri orada məskunlaşırlar. Daha sonra orada yaşayan qaçqınların qanında qurğuşun miqdarının çox olmasıə müəyyən edilir. Bundan sonra düşərgələrin bağlanmasına qərar verilir.