Tresorit | |
---|---|
Tipi | kompyuter proqramları, müəssisə |
Proqramlaşdırma dili | C++ |
Əməliyyat sistemi | Microsoft Windows |
İnterfeysin dili | alman, ingilis, ispan, macar, fransız |
Yayımlanma tarixi | avqust 2013 |
Lisenziya | mülkiyyətçi proqram təminatı |
Sayt | tresorit.com |
Tresorit ― İsveçrə və Macarıstanda yerləşən və müəssisələr və fərdlər üçün əsasən təkmilləşdirilmiş təhlükəsizliyə və məlumat şifrələməsinə yönələn bulud onlayn saxlama xidməti. Biznes versiyası hər istifadəçi üçün 1 TB-yə qədər disk sahəsi (solo versiyada tək bir istifadəçi üçün 2 TB təklif edir) və DRM,[1] hərtərəfli giriş səviyyələri və "Tresorit"in daha etibarlı işbirliyi mühiti yaratmağa istinad etdiyi əlavə təhlükəsizlik funksiyalarını təklif edir.[2] Bəziləri "Tresorit"i yüksək təhlükəsizlik alternativi Dropbox ilə müqayisə edirlər.[3][4]
"Tresorit" xidmətləri PK müştəri proqram təminatı, veb tətbiqetmə və mobil tətbiqetmələr vasitəsilə əldə oluna bilər.[5] Hazırda proqram təminatı Windows, macOS, Android, Windows Phone 8, iOS, və Linux üçün mövcuddur.[6]
Tresorit 2011-ci ildə macar proqramçılar tərəfindən qurulmuşdur, onlar baş direktoru vəzifəsində qalan İstvan Lam, hazırda informasiya texnologiyaları direktoru olan Silvester Sebeni və şirkətin baş direktoru vəzifəsini tutan Dyerd Silaci idi.[7]
Tresorit rəsmi olaraq 2014-cü ilin aprel ayında gizli beta versiyanı keçəndən sonra müştəri tərəfində şifrələnmiş bulud saxlama xidmətinə başladı.[8]
2015-ci ilin avqust ayında təhlükəsiz bulud saxlama xidməti pioneri "Wuala" ("LaCie" və "Seagate"ə məxsusdur) 7 ildən sonra fəaliyyətini dayandırdığını elan etdi və istifadəçilərini təhlükəsiz bulud saxlama xidməti üçün alternativ olaraq Tresoriti seçməyə təşviq etdi.[9][10]
2016-cı ilin sonlarına doğru Tresorit "ZeroKit" adlı proqram təminatının hazırlama dəstinin (SDK) beta versiyasını təqdim etdi.[11] 2017-ci ilin yanvar ayında Apple-ın SDK CareKit layihəsi CareKit istifadə edən mobil tətbiqlərin hazırlayanlara "ZeroKit"in inteqrasiya edilməsinin mümkünlüyünü açıqladı, eyni zamanda tibbi və səhiyyə tətbiqləri üçün məlumatları yaymayan istifadəçi autentifikasiyasının və şifrələmənin təmin edildiyini bildirdi.[12][13]
2013 və 2014-cü illərdə Tresorit serverlərinə giriş əldə etmək üçün şifrələmə üsullarını sındırmağı bacaranlara 10.000 dollar təklif edən haker yarışması keçirdi.[14] Bir neçə aydan sonra Harvard, Stenford və ya MTU kimi qurumların mütəxəssislərinə meydan oxuyaraq mükafat 25.000 dollara, daha sonra 50.000 dollara qaldırıldı.[15][16][17] Yarış 468 gün davam etdi və şirkətin verdiyi məlumata görə heç kim şifrələməni qıra bilmədi.[18]
Tresorit bir sıra nominasiyalara və mükafatlara layiq görülmüşdür. Up-Cloud Rewards, 2012-ci ilin ən yaxşı 5 bulud təhlükəsizlik həlləri siyahısına saldı.[19][20] 2016-cı ilin əvvəllərində Forbes Tresoritin həmtəsisçisi İstvan Lamı Avropanın "30 yaşdan cavan 30 yaşlılar" (ing. "30 under 30") siyahısına daxil etdi.[21] 2017-ci ildə Tresorit şifrələmə kateqoriyasında "Cybersecurity Excellence Awards"-ın finalçısı elan olundu.[22]