Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.[1]:451
Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır. Beləliklə, prinsipial personaja daha böyük bir şəxsiyyət dərinliyi verilir.[1]:451 Qədim Yunanıstan teatrının bədii qiraətləri qismən melodik olduğundan, tritaqonistin rolu adəti üzrə ifaçıya verilirdi.[2]:172 Mark Tulli Siseron "Divinatio in Caecilium" adlı əsərində tritaqonist protaqonistindən təbii olaraq daha güclü olanda onun öz səsini tez-tez "fəth etməli" olduğunu yazır.[3]
Bu rolu canlandıran görkəmli qədim yunan aktyorlarına Esxin[2]:175 və Minisk daxildir.[2]:195 Qədim yunan teatrlarının bəzi formalarında tritaqonistin səhnəyə soldan daxil olması ənənəvi bir hərəkət idi.[1]:404