Trixinella

Trixinella
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Trixinella
Beynəlxalq elmi adı

Trixinella (lat. Trichinella spiralis) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Ölcüləri 4 mm-dək olur.[1]. Bu qurd da geniş yayılmış və bir çox xəstəliklərlər, o cümlədən, xərçənc xəstəliyi törədəndir. Trixinellaya yoluxma əsasən donuz (kolbasa), qaban, ayı, porsuq əti yeyəndə olur, çünki bu heyvanların ətində 0,25–0,4 mm ölcüdə sürfələri ola blir.[2]

Parazit həyat tərzi keçirir. Trixinella həyatının bir hissəsini bağırsaqda, digər hissəsini isə heyvanın-sahibin əzələlərində keçirir, buna müvafiq olaraq iki mərhələ ayırd edilir: bağırsaq və əzələ trixinellası.[3].vermikularis]</ref>Trixinelların sahibləri müxtəlif məməlilər (vəhşi heyvanlar, cütdırnaqlılar, gəmiricilər və s), o cümlədən insandır. Onlar insanda xüsusi xəstəlik – trixinelyoz xəstəliyi törədirlər. İnsan çox vaxt donuzlardan, bəzən isə vəhşi heyvanlardan yoluxur. Trixinellalar üçün diri bala doğma xarakterdir. Trixinellaların bütün həyat dövrəsi xarici mühitə çıxmadan sahibin orqanizmində gedir. İnsanda trixinelyozun simptomları, dişi qurdların bağırsaq divarına keçdiyi vaxtdan mədə-bağırsaq pozğunluqları və üzün şişməsi ilə aşkar olunur. Xəstəliyə tutulduqdan azacıq sonra üşütmə əmələ gəlir, sonra temperatur 40˚C və daha yüksək olur. Yoluxmuş adamların orqanlarında sürfələr 10 illərlə sağ qalırlar.[4]

Bütün dünyada geniş yayılmışdır.

  1. V. A. Dogel "Onurğasızlar zoologiyası". Bakı, "Maarif", 1988, 288 səh.
  2. "Trihinella spiralis". 2017-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  3. B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, 568 səh.
  4. "Trihinella spiralis". 2017-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.