Troada | |
---|---|
39°55′35″ şm. e. 26°29′56″ ş. u.HGYO |
|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Biqa yarımadası qədim adı ilə Troada və ya Troas Dardanelin ikiyə ayırdığı Anadolu ilə Rumelinin şərq hissəsidir. Dardanelin şimalında Gelibolu yarımadası cənubunda isə Biqa yarımadası yerləşir. Bu gün Çanaqqala ilinin bütün ərazisi Biqa yarımadasını təşkil edir. Bölgə öz adını Cümhuriyət dövründə əvvəl bölgə mərkəzi, lakin günümüzdə Çanaqqalanın ilçəsi olan Biqadan almışdır. Çanaqqala il mərkəzi, Biqa, Ayvacık, Bayramiç, Çan, Ezine, Yengicə və Lapseki rayon mərkəzləri yarımadanın əsas yaşayış məskənləridir.
Biqa yarımadasının şimalında Dardanel və Marmara dənizi, cənubda Edremit körfəzi, şərqdə Gönen çayı və qərbdə Egey dənizi var. Kapidağ yarımadasının qərbindən Edremit körfəzinin şimal-şərqinə qədər olan xəttin qərb hissəsində yerləşir. Sahəsi təxminən 10.000 km²-dir.[2]
Biqa yarımadasının cənubunda Kaz dağı (1500m) yerləşir. Baba dağı, Gürgen dağı, Eybek dağı, Kocakatran dağı, Ağ dağı, Armutçuk dağı və Yenice çökəkliyinin şimalında Armutçuk Dağı, Karlık Dağı və digər dağlar yerləşir.[3]
Mərmərə və Egey dənizinin sahilləri Aralıq dənizi zonası kimi yayda isti və quru, qışda isə mülayim və yağışlı olur. Yarımada içində dənizə uzaqlıq mənzərə və hündürlük arasındakı fərq əhəmiyyətli temperatur və yağış fərqlərinə səbəb olur. Sahillərdə daha az yağış yağarkən, dağlıq ərazilərdə isə daha çox yağış olur. Dağlarda sıx bitki örtüyü var. Yaylalar və dağlıq ərazilərdə dağınıq və seyrək bitkilər, makvis və qariqalar üstünlük təşkil edir. Kazdağı Milli Parkı yarımadanın cənubunda yerləşir.