Trombin

Trombin
Məlumatlar
ATK B02BC06, B02BD30
UniProt P00734
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Trombin (II laxtalanma faktoru)serin proteaza, insan və heyvanlarda qanın laxtalanma sisteminin ən mühüm kompanenti. Tombin fermentlərin hidrolaz sinfinə aid olub, argininlizin qalıqlarından əmələ gələn peptid rabitələrinin hidrolozini katalizə edir. Məhdud substrat finksiya daşıyır.

Trombin fibrinogeni fibrinə və onu isə fibrinopeptidlərə parçalayır. Bundan başqa qanın V, VII, VIII, XIII laxtalanma faktorlarını aktivləşdirir.

Trombin qaraciyərdə yaranır, protrombin halında qan zərdabında olur. F2 gen defektli olarsa, bu disprotrombinemiyaya səbəb olur ki, nəticə etibarilə iflic riskini artırmış olur. Normada qaraciyərdə sintez olunmuş və qana ötürülmüş protrombinin trombinə keçməsinə təbii orqanizm substantı olan antitrombin III (AT III) mane olur, beləliklə də qanın laxtalanması nizamlanmış olur. Əks təqdirdə qanda olan protrombinin tombinə çevrilməsi nəticəsində trombinin miqdarı artar, fibrinogenin fibrinə keçməsi baş verər nəticə etibatilə əmələ gələn tromb kütlələri damarları tıxamış olardı.