Tryuk

Pirotexniki tryuk səhnəsi

Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır.

Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar[1] .

Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir. Kaskadyorlar əsasən özəl ixtisas dairəsinə malik olurlar. Tryuk həyata keçirən zaman önəm kaskadyorun həyatı təhlükəsizliyidir. Səssiz filmdə tryuk gag adlanır.

Tryuk rekordları

[redaktə | mənbəni redaktə et]

Ən çox tryuk sayı aktyor Ceki Çana məxsus. O 70 dən çox filmdə tryuk səhələrini həyata keçirmiş.[2]

Ən bahalı tryuk səhnəsi Titanik (1997) filmində olmuş. 100 dən çox kaskadyorun iştirakı ilə həyata keçirilən (gəminin batma anında insanların hündürlükdən düşməsi) bu səhnənin ümumi dəyəri 3 milyon dollar olmuş.[3]

Ən yüksək qonorarı Saymon Kreyn almış. Saymon Silvestr Stallonenin "Dağçı" filmində 4752 metr hündürlükdə uçan bir təyyarədən trosla digər təyyarəyə keçmişdir. Qonorarın ümumi dəyəri 1 milyon dollar idi.[4]

  • Комаров В. История зарубежного кино. Том 1. Немое кино. — М.: "Искусство", 1965.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Kunststück"[ölü keçid] Перевод из "Большого немецко-русского словаря по общей лексике"
  2. "РЕКОРДНОЕ ЧИСЛО ТРЮКОВ". 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-31.
  3. "ДОРОГОСТОЯЩИЕ ТРЮКИ". 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-31.
  4. "ДОРОГОЙ ВОЗДУШНЫЙ ТРЮК". 2018-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-31.