Tulipa pulchella

Tulipa pulchella
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tulipa pulchella (lat. Tulipa pulchella) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü.

Xususiyyətləri

[redaktə | mənbəni redaktə et]

İran və Türkiyədə yetişən cücə lalədir. 20 sm-də sapı olan bu bitkinin soğanı 1–2 sm-dir. Yapraqları glaucous-yaşılı olub, 10–15 sm uzunluğundadır. Çiçəklərinin rəngi bənövşəyi və qırmızı təhər olur. Altı ilə birlikdə tepalsı 3 sm uzunluğunda, 1.5 sm genişliyindədir.

Bəzi mənbələrdə Tulipa humilis də adlandırılır. Digər adlar sinonimlərdə göstərilmişdi.

Yetişdirilməsi

[redaktə | mənbəni redaktə et]

Avropada 1800-cü illərdə tanıdılan bu bitki o vaxtlar Fars incisi adı ilə tanınırdı. Avropaya bəzək üçün tanıdılan bitki o vaxt az sayıda növlü bəzək bitkiləri bilən avropalılar üçün yenilik idi. Çox sayıda növü olan az sayıda bitkilərdəndir. Bunlar arasında Fars incisi (içi bənövşəyi, çölü qırmızı), Şərq ulduzu (sarı dabanlı olur) və Obalisque (içi qırmızı, çölü bənövşəyi) tanınmışlardır. Bundan başqa qara dabanlı violacea kimi çeşidləri var.

Eduard August von Regel bu bitkini 1874-cü ildə ilk tanıdan olmuşdur. John Gilbert Baker isə adlandırmışdır.