kənd | |
Tulnəbi | |
---|---|
40°23′59″ şm. e. 44°31′07″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Karbi mahalı |
Rayon | Əştərək rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.750 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tulnəbi — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.[2][3]
Rayon mərkəzindən 10 km məsafədə yerləşir. Nairi rayonu yaradılanadək, 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur.
Toponim qədim Türk dilində "hasarlanmış, çəpərlənmiş yer" (rus. быть огороженным) mənasında işlənən tul sözü ilə[4] Nəbi şəxs adı əsasında əmələ gəlib "Nəbinin hasarlanmış, çəpərlənmiş yeri" mənasını bildirir. XX əsrin əvvəllərinə aid mə’lumatda Tuli Nəbi kimidir. Yerli tələffüz forması Tülü Nəbi. 1918-ci ildə kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin az hissəsi geri qayıdaraq ermənilərlə qarışıq yaşamışdır. 1948–1949-cu illərdə əhali Azərbaycana köçürülmüşdür. Türk dillərində tula-"bataqlıqda çayırlı yer", "çəmən", "yaşıl otluq" və tula "dağ keçidi" sözündən və Nəbi şəxs adından ibarətdir. Atropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Saralanc qoyulmuşdur.
Kənddə 1873-cü ildə 227 nəfər, 1886-cı ildə 321 nəfər, 1897-ci ildə 261 nəfər, 1908-ci ildə 219 nəfər, 1914-cü ildə 406 nəfər, 1916-cı ildə 353 nəfər[5], 1918-ilin yanvarında 379 nəfər[6] yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuş[6], Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.[7]