Tulon

Tulon
Toulon
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
43°07′30″ şm. e. 5°55′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 1 m, 0 m[2], 589 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 180.452 nəf. (1 yanvar 2021)[3]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 83000[4], 83100[4], 83200[4]
Digər
toulon.fr
Tulon xəritədə
Tulon
Tulon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4.[5]

Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir.[6]

Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006).[7][8] Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012).[9] Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir.

Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi. İlk yerli yepiskop Müqqədəs Qonorat olub. 889-cu ildə Toulon ərəblər tərəfindən dağıdıldı. Lakin Arllı Qraf I Villiam onu yenidən bərpa etdi. 1032-ci ildən Tulon Provans qrafları tərəfindən idarə olunmağa başladı. 1178-ci, 1196-cı və 1211-ci illərdə Tulon ərəblər tərəfindən yağmalandı.

1348-ci ildə Tulonda yaşayan yəhudiləri qəsdən quyuları və çayları zəhərləməkdə və Qara ölümü yaymaqda ittiham edərək yəhudi talanları təşkil olundu. Bir gecədə 40-a yaxın yəhudinin öldürüldüyü genişmiqyaslı poqrom baş verdi.[10]

Tulonun mənzərəsi, 1755-ci il Klod Jozefin şəkli

Provensın Fransaya ilhaqından sonra Kral VIII Karl Tulon limanının təbii məziyyətlərindən xəbər tutaraq burda böyük limanın tikintisinə başladı. Lakin bu plan Aralıq dənizinin bu hissəsində dəniz ticarətində inhisarlarını itirməkdən qorxan genuyalılar tərəfindən puça çıxarıldı. 1514-cü ildə Tulonda İtaliya müharibələri üçün potensial plasdarm görən XII Lüdovik tərəfindən tikinti bərpa edildi. Tulonun inkişafına onun verdiyi töhfəni xatırladan: körfəzdə qayalıq üzərində yüksələn Kral Qülləsidir (1514-24). Tikinti başa çatdıqdan dərhal sonra Kral III Burbon tərəfindən Qüllə şəhər komendantından 500 ekuya satın alındı. 1536-cı ildə imperator V Karl Tulona səfər etdi. Nitsanın birgə mühasirəsindən bir neçə il sonra Kral I Fransisk Tulon körfəzində Xeyrəddin Barbarossanın gəmilərinə və bərbər dəniz quldurlarına qışlamağa icazə verdi. Bu zaman yerli kafedral kilsə müsəlman ayinlərinin həyata keçirilməsi üçün istifadə olunurdu.[11]

1599-cu ildə IV Henrix Tulonda limanın tikintisini bərpa etdi. Sonra onun liman imkanları Kardinal Rişelye tərəfindən yaxşılaşdırıldı və genişləndirildi. Jan Batist Kolber də həmçinin Aralıq dənizində Fransanın üstünlüyünü təmin etmək üçün Tulonun əhəmiyyətini anlayırdı. Bu səbəbdən onun rəhbərliyi altında marşal Sebastyan Vaubanın özünün rəhbərlik etdiyi şəhərdə böyük tikinti və istehkam işləri aparılırdı. Şəhər o qədər möhkəmlənmişdi ki, İspaniya mirası uğrunda müharibə zamanı, 1707-ci ildə Savoy Şahzadəsi Yevgeninin Tulonun mühasirəsi zamanı şəhər təslim olmadı. 1793-cü ildə Napoleon Bonapartın karyerası Tulonda kral üsyanının yatırılması ilə başladı.

Bütün XIX əsrdə Fransa müstəmləkə imperiyasını genişləndirmək üçün Tulondan istehkam kimi istifadə etdi. Məhz buradan Fransa bayrağı altında təşkil olunan bütün dəniz ekspedisiyaları yola düşürdü. Fransanın Əlcəzairi işğal etməsi, məhz Tulon vasitəsi ilə oldu.

Liberte döyüş gəmisi partlayışdan sonra

Parisə ezam olunmazdan əvvəl Tulonu idarə edən baron Jorj Ejen Osman çoxmərtəbəli binalarla geniş mənzərəli bulvarlar salaraq yuxarı şəhərin görkəmini dəyişdirdi. Onun dövründə Tulon Fransada ikinci ən böyük opera teatrı və ictimai bağlarla bəzədildi. Bu bağlar hazırda Tulonda olmuş və 1934-cü ildə Marseldə öldürülmüş Yuqoslaviya kralı I Aleksandrın adını daşıyırlar.[12]

1893-cü ildə Fransa-Rusiya ittifaqı bağlanarkən, vitse-admiral Fyodor Avelanın komandanlığı altında rus eskadronunun gəlişi münasibətilə Tulonda xalq nümayişləri keçirildi.

25 sentyabr 1911-ci ildə burada XX əsrin ən böyük dəniz fəlakətlərindən biri baş verdi. Tulonda hərbi bazada olan Fransa eskadronunun Liberte döyüş gəmisinin kayutlarının birində güclü partlayış baş verdi. Partlayışda 184 nəfər yaralanıb, 210 nəfər isə həlak oldu.[13]

İkinci Dünya müharibəsi zamanı, 27 noyabr 1942-ci ildə Fransa donanmasının böyük hissəsi Tulon limanında batırıldı. Fransanın işğalı əsnasında donanmanın nasistlərin əlinə keçməməsi üçün ümumilikdə 77 gəmi partladıldı.[6]

Kommunada əhalinin sayı 2011-ci ildə — 163 974 nəfər təşkil edib.[14] 2012-ci ildə isə əhali sayı — 164 899 nəfər olub.[9] Əhali sayının dinamikası[7][15]:

Tarixi əhali
İlƏh.±% i.a.
1793 19.000—    
1800 22.000+2.12%
1806 28.170+4.21%
1821 30.798+0.60%
1831 33.885+0.96%
1836 35.322+0.83%
1841 45.449+5.17%
1846 62.941+6.73%
1851 69.474+1.99%
1856 83.705+3.80%
1861 84.601+0.21%
1866 77.126−1.83%
1872 74.800−0.51%
1876 70.509−1.47%
1881 70.103−0.12%
1886 70.122+0.01%
1891 77.747+2.09%
1896 95.276+4.15%
İlƏh.±% i.a.
1901 101.602+1.29%
1906 103.549+0.38%
1911 104.582+0.20%
1921 106.331+0.17%
1926 115.120+1.60%
1931 133.263+2.97%
1936 150.310+2.44%
1946 125.742−1.77%
1954 141.117+1.45%
1962 161.786+1.72%
1968 174.746+1.29%
1975 181.801+0.57%
1982 179.423−0.19%
1990 167.619−0.85%
1999 160.639−0.47%
2007 166.537+0.45%
2012 164.899−0.20%
2017 171.953+0.84%
Mənbə: EHESS və INSEE (1968–2017)[16]

2010-cu ildə əmək qabiliyyətli 102 475 nəfərdən (15 yaşdan 64 yaşa qədər) 70 718 nəfəri iqtisadi fəal əhalini təşkil edib. 31757 nəfər isə qeyri-fəal olub (fəaliyyət səviyyəsi 69,0%, 1999-cu ildə - 65,3%). 70718 nəfər fəal əmək qabiliyyətli sakindən 59659 nəfəri məşğul (31605 nəfər kişi və 28054 nəfər qadın), 11059 nəfər işsiz (5348 nəfər kişi və 5711 nəfər qadın) təşkil edib. 31 757 nəfər əmək qabiliyyətli qeyri-fəal vətəndaşlardan 10 178 nəfəri şagird və ya tələbə, 8 483 nəfəri pensiyaçı, 13 096 nəfəri isə digər səbəblərdən fəaliyyətsiz olub. 2010-cu il ərzində kommunada 167522,0 nəfər əhalisi olan 78933 vergi tutulan təsərrüfat var idi. Eyni zamanda, orta gəlir vergi ödəyicisinə 16 min 987 avro təşkil edib.

Görməli yerləri və fotoqalereya

[redaktə | mənbəni redaktə et]
Faron dağının və Tulonun mənzərəsi

Tulon İkinci Dünya müharibəsi zamanı ciddi ziyan gördü. Lakin şəhərin əsas görməli yerləri - XIV Lüdovik dövründəki piyada yolları, dar küçələri, kiçik meydanları və çoxsaylı fəvvarələri toxunulmaz qalmışdı. Şəhərin bu hissəsindəki əsas görməli abidə XI əsrdə təməli qoyulan, lakin inşası "Günəş Kralı" dövründə tamamlanan Tulon Katedralıdır. Napoleon dövründən bəri isə şəhərdə Milli Dəniz Muzeyi fəaliyyət göstərir.[17] Faron dağında İkinci Dünya müharibəsinin hərbi texnikasının ekspozisiyası[18] və 15 avqust 1944-cü ildə Provansda Müttəfiqlərin desantlarının çıxdığı yerdə muzey mövcuddur.[19]

  1. répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
  2. 1 2 répertoire géographique des communes. Institut national de l'information géographique et forestière, 2015.
  3. Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
  4. 1 2 3 Base officielle des codes postaux. La Poste, 2018.
  5. "Décret n° 2014-270 du 27 février 2014 portant délimitation des cantons dans le département du Var". Директива от 27 февраля 2014 (fransız). legifrance.gouv.fr. 2014-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  6. 1 2 Милена Сигаева. Тулон — главный военный порт Франции Arxivləşdirilib 2010-12-29 at the Wayback Machine // flot.com
  7. 1 2 "Population selon le sexe et l'âge...2006". Распределение населения по полу и возрасту (2006) (fransız). INSEE. 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  8. "Численность населения в 2006 году" (fransız). INSEE. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  9. 1 2 "Численность населения в 2012 году" (fransız). INSEE. 2015-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  10. Тулон // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1908—1913.
  11. Roger Crowley, Empire of the Sea, 2008 Faber & Faber ISBN 978-0-571-23231-4. Page 74.
  12. Сады Александра I Arxivləşdirilib 2015-12-10 at the Wayback Machine (fr.) // toulon.com
  13. "100 великих кораблекрушений. 25 сентября 1911 года". 2018-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-02.
  14. "Численность населения в 2011 году" (fransız). INSEE. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  15. "Население коммуны Тулон" (fransız). cassini.ehess. 2011-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  16. Population en historique depuis 1968 Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine, INSEE
  17. Михаил Блинов. "Национальный военно-морской музей в Тулоне (Франция) | "ПАРИЖ и РУССКАЯ ФРАНЦИЯ" гид-путеводитель: история, музеи, экскурсии". paris1814.com. 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-20.
  18. "Описание Музея высадки союзников в Провансе и фотогалерея" (rus). 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  19. "Достопримечательности Тулона". 2018-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-27.
  • Octave Teissier, Histoire des divers agrandissements et des fortifications de la ville de Toulon, 1874
  • Gustave Lambert, Histoire de Toulon, 1886—1892
  • Maurice Arreckx, Vivre sa ville, 1982 ; Toulon ma passion, 1985
  • Jean-Pierre Thiolletq (İjon-Piser Sullyet), Le Chevallier à découvert, 1998
  • Michel Vergé-Franceschi, Toulon – Port Royal (1481–1789). Tallandier: Paris, 2002.
  • Aldo Bastié, Histoire de la Provence, Editions Ouest-France, 2001.
  • Cyrille Roumagnac, L'Arsenal de Toulon et la Royale, Editions Alan Sutton, 2001
  • En:Jean-Pierre Thiollet, Le Chevallier à découvert, Paris, Laurens, 1998
  • en:Maurice Arreckx, Vivre sa ville, Paris, La Table ronde, 1982; Toulon, ma passion, 1985

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]