Tunduşi

Tunduşi Şici Çjouhodi
亭獨尸逐侯鞮
ƏvvəlkiAnqo
SonrakıTan
Şəxsi məlumatlar
Vəfat tarixi 98
Atası Di
Uşağı bir oğul

Şanyü Tunduşi (v. 98) — 31-ci hun imperatorudur. Tunduşi əvvəllər sərkərdə idi. Şimal hunlarına qarşı müvəffəqiyyətli səfərlərdə başçılıq etmişdi. Hakimiyyətə gələndən sonra Tuntuhenin tərəfdaşları, Şimal hunlarının dəstəyi ilə onun oğlu Fenhunu şanyü elan etmişdilər. Fenhunun tərəfdarları dağlarda vuruşduğu üçün çətinliklə qalibiyyətlər əldə edilirdi. Xalq daha sonra Fenhudan ayrılmağa başladı, çünki aclıqdan əziyyət çəkirdilər. Hakimiyyəti dövrüncə Fenhu ilə mübarizə aparan şanyü 98-ci ildə öldü.