Tunquraua | |
---|---|
Ümumi məlumatlar | |
Əmələgəlmə dövrü | Holosen |
Tərkibi | andezit |
Mütləq hündürlüyü | 5.016 m |
Yerləşməsi | |
1°28′01″ c. e. 78°26′30″ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tunquraua (azərb. Odlu boğaz) — Ekvadorda vulkan. Ekvadorun 8 fəal vulkanından biridir.[1]
Paytaxt Kitodan 130 kilometr cənubda yerləşir.[1]
1999-cu ildən fəallaşıb.[1] 2014-cü ilin fevral ayından vulkanda yüksək fəallıq hiss edilmişdir.[1] Vulkanın püskürməsi prosesi cəmi 5 dəqiqə çəkmiş və 10 kilometr hündürlüyə qədər çatmışdır.[1] 2014-cü ilin avqust ayının əvvəllərində isə Ekvador Geofizika İnstitutunun alimləri vulkanın zirvəsində hündürlüyü 3 kilometrə çatan lava və kül buludunun müşahidə olunduğunu bildiriblər. Bununla əlaqədar rəsmilər təbii fəlakətlə əlaqədar "narıncı xəbərdarlıq" elan edib ki, bu da vulkana yaxın olan kəndlərin könüllü şəkildə boşaldılması deməkdir.[2]