"Tupolev Tu-144" | |
---|---|
Tipi | Səsdən sürətli (Supersonik) |
Hazırlayan | Tupolev |
İstehsalçı | Tupolev |
Dizayner | Aleksey Tupolev |
İlk uçuş | 5 iyun 1969 |
İstismara verilmə tarixi | 1 noyabr 1977 |
İstimarının bitmə tarixi | 1 iyun 1978 |
İstismarçılar | Aeroflot, NASA |
İstehsal ili | 1963 - 1984 |
Buraxılış sayı | 16 |
Vikianbarda əlaqəli mediafayllar |
Tupolev Tu-144 (NATO kod adı: Charger) — 1962-ci ilin yanvar ayından Aleksey Tupolev tərəfindən dizaynı verilmiş dünyanın ilk səsdən sürətli (supersonik) təyyarəsidir. Aviaşirkətlər tərəfindən daha çox ticarət daşınmaları üçün istifadə edilmişdir.
Qərb müşahidəçilər Tu-144-ə "Konkord"a oxşarlığından ötrü "Concordski" adını vermişlər. Çünki təyyarə dizayn xüsusiyyətləri baxımından "Konkord"a çox oxşayırdı. Təyyarənin ilk prototipi 1968-ci il 31 dekabr tarixində Moskva yaxınlığında ilk uçuşunu reallaşdırdı. Bu hadisədən iki ay sonra isə Konkord ilk uçuşunu həyata keçirdi.[1] Tu-144 səs sürətini ilk dəfə 1969-cu il 5 iyun tarixində keçdi. Tu-144, 1969-cu il 15 iyul tarixində March 2 sürətini aşan ilk ticari nəqliyyat təyyarəsi və dünya tarixinin ən sürətli ticarət təyyarəsi oldu.
3 iyun 1973-cü ildə Paris Hava Şousunda istehsal olunan ilk Tu-144S təyyarəsi qəzaya uğrayır. Bu qəza layihəyə də böyük zərbə olur. Təyyarə şou uçuşu zamanı burun hissənin çox sərt şəkildə aşağıya doğru manevr alması zamanı, daşıyıcı sistemindəki yükün təsiri ilə havada parçalanaraq yerə çırpılır. Ümumilikdə 15 evin uçmasına səbəb olan qəza, təyyarədəki 6 ekipaj üzvü və yerdəki 8 nəfərin də ölümünə səbəb olur.