Turbin

Buxar turbinin quraşdırılması, Siemens AG firması, (AFR)

Turbin (lat. turbare — dönən) ― mayelərin, qazların kinetik enerjisini fırlanma hərkətinə çevirən enerji maşınlarına aid edilir. Tətbiq olunan mayenin şırnağı rotorda oturdulmuş pərlərə dəyərək onu fırladır. Əldə edilən güc rotora bərkidilmiş iş maşının, məsələn, generatorun valına ötürülür. İş maşınının sabit dönmə momenti turbinin fırlanmasını tənzim edir.[1]

Turbinlər elektrik enerjisinin alınması üçün atom və istilik elektrik stansiyalarında, həmçinin gəmilərdə, təyyarələrdə hidrodinamik ötürmənin tərkib hissəsi kimi tətbiq olunurlar. Turbinlərlə oxşarlığı olan, əksinə işləmə prinsipnə malik olanlara nasoslarkompressorlar aiddirlər.

Turbinlər insan tərəfindən indiyə kimi hazırlanmış ən böyük maşın hesab olunur. Onların gücü 1,5 GVatt həddində ola bilir.

  • Sıxılan mayelərlə işləyən (istilik maşınları)
Qaz turbini
Buxar turbini
Şırnaqla işləyən turbin
  • Sıxılmayan mayelərlə işləyən (hidravlik maşınlar)
Külək turbini
Su turbini
  • Konstruksiyasına görə
Axial quruluşlu (məs. Kaplan-Turbini)
Radial quruluşlu (məs. B. Pelton-Turbini)

Tarixi haqqında

[redaktə | mənbəni redaktə et]

XİX əsrin sonunda elektrikləşmə epoxasının qədəm qoyması ilə sənayeləşmə prosesi daha güclü şəkildə genişlənərək Avropanın başqa ölkələrini bürüməyə başlayır. Elektrik maşınlarının böyük həcmdə istehsal edilməsi onu istehsalın və məişətin çox sahələrində tətbiqini mümkün etmişdir. Bunun nəticəsində elektrik enerjisinə getdikcə artan tələbat elektrik stansiyalarının işlədilməsi üçün daha güclü enerji mənbələrinə ehtiyacı artırmışdır. Bu problem buxarla işləyən turbinlərin ixtirası ilə həll edilmişdir. 1883-cü ildə isveçrəli Karl de Lavalın (ingl. Carl Gustav Patrik de Laval) düzəltdiyi buxar turbini 770 m/s sürətinə malik olaraq gücü adi buxar maşınınkından on dəfə artıq idi. Bu turbinin işləmə prinsipi belədir. Dörd borudan verilən buxar carxın pərlərinə yönəldilir. Yüksək təzyiq altında olan buxar pərlər üzrə axaraq onu fırladır. Çarxın dönməsi nəticəsində istilik enerjisi mexaniki enerjiyə çevrilir. Laval ilə eyni vaxtda ingilis mühəndisi Çarlz Parsons çox pilləli buxar turbinini ixtira edir. Parsonun düzəltdiyi turbindən həm elektrik stansiyalarının işlənməsində, həm də gəmilərin sürətlə hərəkət etdirilməsi üçün tətbiq edilirdi. 1884-cü ildə amerikalı Pelton böyük təzyiq altında şırnaqla işləyən hidroturbini ixtira edir. Hidroturbinlərin faydalı iş əmsalı çox yüksək idi, təxminən 80%-i təşkil edirdi. Bundan əlavə hidroturbinlərin tətbiqi ilə əldə edilən enerji ucuz başa gəlirdi.

Sonralar səneyenin inkişafı bütün dünyanı bürüdükcə elektrik enerjisi və bununla bağlı olaraq onun alınma mənbələrinə olan tələbat da artmışdır. Bu turbinlərin sürətlə inkişafını və tətbiqini stimullaşdırmışdır.

  1. "Turbin diaqnostikası: turbin nasazlığının əsas əlamətləri". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.