Tuxolskie borı | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
53°49′21″ şm. e. 17°54′52″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Pomoraniya voyevodluğu, Kuyaviya-Pomoraniya voyevodluğu[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tuxolskie borı (pol. Bory Tucholskie) — Polşanın şimalındakı Tuxola şəhər bölgəsində, Brda və Vda çayları arasında böyük bir meşə. Burada 2010-cu ildə YUNESKO-nun "İnsan və biosfera" proqramına daxil edilmiş «Tuxolskie borı» Milli Parkı yerləşir[1].
Bölgə son buz dövründə yaranmışdır. Əsasən alçaq təpələrdən və 900-dən çox son suzlaşma dövründən qalma moren göldən ibarətdir. Meşə sahəsi 3200 km²-dir və bu da onu Polşa və Mərkəzi Avropanın ən böyük meşələrindən birinə çevirir. 1996-cı ildən bəri meşənin 46.3 km² ərazisində Tuxolski Borı Milli Parkı təşkil edilmişdir. Meşə sahəsinin təxminən 30 % ərazidə Kociewiacy xalqı yaşayır. Ərazinin ən böyük şəhərləri: Tuxola və Çerskdir.
Almaniya İmperiyası dövründə meşə ərazisində tibbi tədqiqatlar üçün bir hərbi baza yerləşirdi.
1939-cu ildə İkinci Dünya müharibəsinin əvvəlində Polşanın işğalı zamanı ilk döyüş Tuxolski meşələrində döyüş başladı.
Tezliklə Alman qoşunları keçmiş tədqiqat bazasının ərazisini işğal etdi və ona Truppenübungsplatz Westpreußen ya da Heidekraut adını verdilər[2].
1944-cü ilin avqustundan 1945-ci ilin yanvarınadək Hans Kammler və Valter Dornberqerin komandanlığı altında SS qoşunları Fau-2 raketini sınaqdan keçirdi. Onların qrupu 1945-ci ilin yanvar ayında Qızıl Ordunun bu ərazini azad etməsindən əvvəl təxliyə edildi.
II Dünya Müharibəsindən sonra meşə bir çox anti-kommunist partizanların sığınacağı oldu.
2010-cu ilin iyun ayında TuXol meşələri UNESCO İnsan və biosfera proqramı çərçivəsində xüsusi bir əraziyə ayrıldı. Əsas əraziyə Tuxolski Bor Milli Parkı, həmçinin bufer zonasında yerləşən 25 təbiət qoruğu daxil idi. Tampon zonasına Tuxolsky, Vdeski, Vcıce və Zaborski regional landşaft parkları daxil idi. Tuxola şəhəri və ətraf əraziləri əhatə edən bir keçid zonası da vurğulanmışdır. Açar zona 78,8 km², hər üç zona isə 3195 km² ərazini əhatə edir[3].