Şəhər | |
Tuzla | |
---|---|
serb-kiril. Тузла | |
44°32′17″ şm. e. 18°40′34″ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
Federasiya | [[ Bosniya və Herseqovina Federasiyası]] |
Kanton | Tuzla Kantonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 950 |
Sahəsi | 294 km² |
Mərkəzin hündürlüyü | 245 m, 225 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 80,57 nəfər (2013) |
Sıxlığı | 410 nəf./km² |
Milli tərkibi | Boşnaklar, Serblər, Xorvatlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | (+387) 35 |
Poçt indeksi | 75 000 |
Digər | |
www.tuzla.ba {{ref-Bosniya dilində}} | |
Vikianbarda əlaqəli mediafayllar |
Tuzla (kiril Тузла) — Bosniya və Herseqovinada şəhər. Şəhər, Tuzla Kantonunun mərkəzi və Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən iqtisadi, elmi, mədəni, səhiyyə və turizm mərkəzidir[1]. Tuzla, Sarayevo və Banya Lukadan sonra Bosniya və Herseqovinadakı ən böyük üçüncü şəhərdir. 2013 əhali siyahıyaalmasının nəticələri, bələdiyyənin 120,441 əhaliyə sahib olduğunu göstərir.[2]
Tuzlada bir təhsil mərkəzi və iki universitet yerləşir. Həmçinin, şəhər duzlu göl turizminə görə Bosniyanın ən güclü iqtisadiyyatlarından biridir. Tuzla şəhəri mərkəzi parkında duzlu göl olan Avropadakı tək şəhərdir[3]. Şəhərin mərkəzi parkına hər il 100 mindən çox insan ziyarət edir. Şəhərin tarixi IX əsrə qədər gedib çatır. Tuzlanın müasir tarixi, Osmanlı İmperiyasında əhəmiyyətli bir qarnizon şəhəri halına gəldiyində, yəni 1510-cu ildən başlamışdır.[4]
Tuzla şəhəri, Bosniya və Herseqovinanın ən mədəni şəhərlərindən biri olaraq qəbul edilir və Bosniya Müharibəsində və sonrasında şəhərin əvəzçi xarakterini, boşnaklar, serblər, xorvatlar və bosniya yəhudi azlıqları ilə tutmağı bacarmışdır.[5]
"Tuzla" şəhərinin adının mənası, şəhərin altında yerləşən zəngin duz yataqlarına görə Osmanlılar tərəfindən adlandırılmışdır. Bu söz Osmanlı türkcəsində duz mədəni deməkdir.
Arxeoloji tapıntılar Tuzlanın Neolit dövrünə aid çoxlu yaşayış məntəqələri olduğunu göstərməkdədir. Tuzla şəhəri, Avropanın ən qədim məskunlaşma yerlərindən biridir. Roma Respublikası dövründə, Tuzla (və ya Salines) İliriyalı qəbilə olan Breyusi tərəfindən idarə olunurdu.[6]
Şəhər 950-ci ildə VII Konstantin tərəfindən "De Administrando Imperiyo" adlı əsərində Salines (yun. Σαλήνες) adlı bir qala olaraq adlandırılırdı. Soli adı Orta əsrlərdə istifadə edilmişdir. Boşnak dilində "duz" deməkdir və şəhərin indiki adı Osmanlı türkcəsində "duz yeri" deməkdir.[7] Orta əsrlərdə, əsasən Bosniya Krallığına suverenliyi altında idi.
Bosniya Krallığının 1463-cü ildə Osmanlı İmperiyasının suverenliyi altına düşməsindən sonra bölgə, 1512-ci ildə Osmanlıların "Qorniye Soli" və "Donye Soli" kəndlərini, 1530-cu illərdə isə bütün Usoranı işğal etmədən əvvəl Berislaviçlər ailəsi tərəfindən idarə edilirdi.
Şəhər, Zvornik sancağının bir parçası halına gəlmişdi və təxminən 400 ildir Osmanlı suverenliyi altında qalmışdır. 1878-ci ildə Avstriya-Macarıstan tərəfindən işğal edildi. Monarxiyanın dağılmasından sonra, yeni qurulan Yuqoslaviya Krallığının bir hissəsi oldu.
1944-cü ilin Dekabr ayında, Draja Mihayiloviçin rəhbərliyində olan Çetnik qüvvələri şəhərə hücum etmişdir ama bu hücum uğursuz olmuşdur.[8][9]
Tuzla, Bosniyanın şimal-şərqi hissəsində, Mayevisa sıra dağlarına yaxın yerləşir. Yala çayı Tuzla şəhərindən keçir. Şəhərin iqlimi mülayimdir. Tuzla şəhərinin ətrafındakı bol miqdarda kömür yatağı mövcuddur. Şəhərdə 6 kömür mədəni fəaliyyət göstərir. Bölgədə çıxarılan kömürlərin böyük qismi, Bosniya və Herseqovinadakı ən böyük enerji stansiyası olan Tuzla Santralini gücləndirmək üçün istifadə edilir.
İl | 1971 | 1981 | 1991 | 2013 |
---|---|---|---|---|
Boşnaklar | 53,271 (49.65%) | 52,400 (43.05%) | 62,669 (47.61%) | 80,774 (72.78%) |
Xorvatlar | 27,735 (25.84%) | 24,811 (20.38%) | 20,398 (15.49%) | 15,396 (13.87%) |
Serblər | 21,089 (19.65%) | 20,261 (16.64%) | 20,271 (15.40%) | 3,378 (3.04%) |
Yuqoslavlar | 2,540 (2.36%) | 19,059 (15.65%) | 21,995 (16.71%) | 0 (0%) |
Digərləri | 2,658 (2.47%) | 5,186 (4.26%) | 6,285 (4.77%) | 11,431 (10.30%) |
Ümumi | 107,293 | 121,717 | 131,618 |
Mənbə:[10]
Tuzlada, Tuzla Universiteti və Bosniya və Herseqovinadakı Amerika Universiteti yerləşir.[11]
|