• Hökumət başçısı Li Pen tərəfindən Pekinin müəyyən ərazilərində hərbi vəziyyət elan olundu. • Çin Xalq Azadlıq Ordusuna qarşı barikada quran sivil şəxslər ordu tərəfindən güllələndi. • Meydan daxilində və meydandan kənar yerlərdə minlərlə insan öldürüldü. • Hərbi vəziyyətə qarşı bütün Çin ərazisində etiraz dalğaları başladı. • Etirazın liderləri və demokrat fəallar sürgün və ya həbs edildi. • Zorakı cinayətlərlə ittiham olunan iğtişaşçılar növbəti aylarda edam edildi. • Çjao Szıyan ÇKP MK-nın baş katibi vəzifəsindən azad edildi. • Əvvəllər Şanxay partiya katibi olan Tsyan Tsemin Den Syaopin tərəfindən baş katibliyi və ali liderliyə gətirildi. • Qərb dövlətləri Çin Xalq Respublikasına iqtisadi sanksiyalar və silah ambarqoları tətbiq etdi. • Sarı quş əməliyyatı başladı. • Bazar islahatları təxirə salındı. • Mediya üzərində nəzarət artırıldı. • İfadə azadlığı məhdudlaşdırıldı. • Siyasi islahatlar dayandırıldı.
Tyananmen meydanı etirazları və ya Tyananmen meydanı hadisəsi – Çində4 iyun hadisəsi (çin. 六四事件; pinyin. liùsì shìjiàn - hərfi mənası 6-4 hadisəsi) olaraq da bilinən, Pekinin Tyananmen meydanında tələbələr tərəfindən 1989-cu ildə həyata keçirilən nümayiş. Pekin etirazlarından ilhamlanan bu xalq hərəkatı bəzən '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. Bājiǔ mínyùn) kimi də adlandırılır. Etirazlar 15 apreldə başladı və hərbi vəziyyətin elan olunduğu və Çin Xalq Azadlıq OrdusununPekinin mərkəzinə göndərildiyi 4 iyunda məcburi şəkildə yatırıldı. Qanlı hadisəyə verilən başqa bir ad Tyananmen meydanı qırğını (çin.天安门大屠杀; pinyin. Tiān'ānmén dà túshā) odlu silahlarla təchiz edilən və tanklardan istifadə edən qoşunların nümayişçilərə və Tyananmen meydanına ordunun daxil olmasına qarşı çıxanlara atəş açması ilə bağlıdır. Ölüm rəqəmi ilə bağlı təxminlər bir neçə yüz nəfərdən bir neçə min nəfərə qədər dəyişir. Ölənlərdən başqa, minlərlə insan yaralanmışdı.[2][3][4][5][6][7]
Mao sonrası Çində ölkənin gələcəyi haqqında siyasi elita və insanlar arasındakı narahatlıqlara cavab olaraq başladılan sürətli iqtisadi inkişaf və sosial dəyişikliklər dövründə islahatçı, kommunist partiyasının baş katibi Hu Yaobanqın 1989-cu ilin aprelindəki ölümü etirazları sürətləndirmişdi. 1980-cı il islahatları yeni formalaşan bazar iqtisadiyyatının yaranmasına səbəb olmuşdu. Belə iqtisadiyyat bəzi insanların xeyrinə olsa da, başqaları üçün ciddi şəkildə zərər dezavantaj yaratmışdı və təkpartiyalı siyasi sistemin legitimliyi meydan oxumaya məruz qalmışdı. Dövrün ümumi şikayətlərinə inflyasiya, korrupsia və yeni iqtisadiyyat üçün zəif hazırlıq[8] və siyasi iştirakçılıqdakı məhdudiyyətlər daxil idi. Tələbələr əksər hallarda qeyri-təşkilatı hərəkət etsələr və hədəfləri fərqlənsə də, proses, demokratiya, mətbuat və ifadə azadlığına görə böyük hesabatlılıq və konstitusionallıq tələb edirdilər.[9][10] Etirazların ən pik vaxtında meydanda təxminən bir milyon insan toplaşmışdı.[11]
Etirazlar artıqdca dövlət rəsmiləri həm barışdırıcı, həm də sərt müdaxilələrlə cavab verdilər, bu da partiya idarəçiliyində dərin bölünmələrə səbəb oldu.[12] May ayına qədər tələbələrin başlatdığı aclıq aksiyası ölkənin hər yerindən nümayişçilərə olan dəstəyi artırdı və etirazlar 400 şəhərə yayıldı.[13]Çin Kommunist Partiyası yüksək idarəçiliyindəki baş nazir Li Pen və partiya ağsaqqalları Li Syannyan və Van Çjen etirazçıları zor güclə basdırmaq üçün qətiyyətli addımlar atmağı tələb etdilər və nəhayət, ali lider Den Syaopin və prezident Yan Şankunu öz tərəflərinə çəkməyi bacardılar.[14][15][16] May ayının 20-də dövlət şurası hərbi vəziyyət elan etdi və Pekinə 300 000-ə qədər qoşun topladı.[13] Qoşunlar proses zamanı həm yoldan keçənləri, həm də nümayişçiləri öldürərək 4 iyun səhər saatlarında Pekin şəhərinin əsas yollarından mərkəz hissələrə doğru irəlilədilər. Hərbi əməliyyatlar ümumi şəkildə prezident Yan Şankunun qardaşı, general Yan Baybin tərəfindən aparılırdı.[17]
Beynəlxalq cəmiyyət, insan hüquqları təşkilatları və siyasi analizçilər qırğına görə Çin hökumətini qınadı. Qərb ölkələri Çinə silah ambarqoları tətbiq etdi.[18] Çin hökuməti etirazçılar və onların dəstəkçilərinin geniş şəkildə həbsinə başladı, ölkənin digər hissələrindəki etirazları basdırdı, xarici jurnalistləri ölkədən qovdu, yerli mətbuarda hadisələrin yayımlanmasına ciddi şəkildə nəzarət etdi, polisi və daxili mühafiə qüvvələrini gücləndirdi və etirazlara simpatiya göstərən rəsmiləri ya qovdu, ya rütbəsini azaltdı.[19] Geniş çərçivədə, üsyanın basdırılması 1986-cı ildə başlamış siyasi islahatları sonlandırdı və sadəcə Den Syaopinin 1992-ci ildəki Cənub Səyahətindən sonra qismən davam etdirilən 1980-cı illər liberallaşma siyasətini dayandırdı.[20][21][22] Suayrıcı hadisəsi kimi qəbul edilən etirazlara olan reaksiyalar Çində bugünkü günə qədər davam edən siyasi ifadəyə məhdudluq gətirdi.[23] Etirazları xatırlamaq geniş şəkildə Kommunist Partiya idarəçiliyinin legitimliyini sorğulamaqla əlaqələndirilir və Çində ən çox senzura tətbiq edilən, həssas mövzu kimi qalmaqdadır.[24][25]
Çinlilərin ənənəsinə görə, hər hansısa bir hadisə qeyd olunarkən onun qeydə alındığı ay və gün yazı və ya rəqəmlə bildirilir, ardınca hadisənin növü göstərilir. Bu səbəbdən Çində Tyananmen meydanındakı etirazlar 4 iyun insidenti (çin. 六四事件; pinyin. liùsì shìjiàn) olaraq adlandırılır. Bu numenklatura keçmişdə eyni meydanda baş vermiş digər iki böyük etiraz dalğasının da ənəvi adıyla uyğunluq təşkil edir: 1919-cu ildəki 4 may hərəkatı və 1976-cı ildəki 5 aprel hərəkatı. 4 iyun Çin Xalq Azadlıq Ordusunun Tyananmen meydanını etirazçılardan təmizlədiyini günə istinad etsə də, əsas əməliyyatlar iyunun 3-ü axşam saatlarında başlamışdı. 4 iyun hərəkatı (çin. 六四运动; pinyin. liù-sì yùndòng) və '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. bā-jiǔ mínyùn) kimi adlardan hadisəni tam şəkildə təsvir etmək üçün istifadə edilir.
Çin Kommunist Partiyası 1989-cu ildən bəri hadisələrə saysız-hesabsız ad vermiş və bu adlar vaxt keçdikcə neytral terminologiyaya uyğunlaşdırılmışdır.[26] Hadisələrin üstü açıldıqca "əks inqilabi qiyam", daha sonra sadələşdirilərək sadəcə "qiyam", ardınca isə "siyasi fırtına" olaraq adlandırılmışdır. Nəhayət, rəhbərlik daha neytral olan və bugünkü günə qədər istifadə edilən "1989-cu ilin yay və payız aylarındakı siyasi qarışıqlıq" ifadəsi qəbul edilmişdir.[26][27]
Materik Çinindən kənarda və Materik Çinin daxilində siyasi basqıya məruz qalmış çevrələr tərəfindən bu hadisələr ümumi olaraq "4 iyun qırğını" (çin. 六四屠殺; pinyin. liù-sì túshā) və "4 iyun basqısı" (çin. 六四鎮壓; pinyin. liù-sì zhènyā) olaraq adlandırılır. Çindəki internet senzurası səbəbindən yuxarıda verilmiş adlar axtarış motorları və ictimai forumlar üçün həddən artıq həssas qəbul edilir. Buna görədə internetdə bu hadisələri izah etmək üçün müxtəlif adlar ortaya atılmışdır: 35 may, VIIV (6 və 4 Roma rəqəmləri ilə), 8-in kvadratı (8*8=64) və 8964 (iiag məntiqi ilə kodlaşdırılıb).[28]
İngilis dilində tez-tez "Tiananmen Square Massacre" (Tyananmen meydanı qırğını), "Tiananmen Square Protests" (Tyananmen meydanı etirazları) və "Tiananmen Square Crackdown" (Tyananmen meydanı basqısı) ifadələri silsilə hadisələri təsvir etmək üçün istifadə edilir. Ancaq, Pekindəki qırğınların heç də hamısı Tyananmendə baş verməyib, meydanın kənarındakı Çanqan prospektinin başlanğıcından sonuna qədərki yolda və xüsusilə də, Musidi ərazisi yaxınlığında da zorakılıq yaşanıb.[29] Bu ifadə, sanki, nümayişlərin sadəcə Pekində baş tutduğu kimi məna versə də, əslində bu cür etirazlar bütün Çin ərazisində qeydə alınmışdı.[15]
Mədəni inqilab rəhbər Mao Zedonqun 1976-cı ildə ölməsi və Dördlər Bandasının həbsi ilə sonlandı. Mao Zedonqun başlatdığı və yaydığı inqilab ölkənin müxtəlif iqtisadi və sosial mühitinə çox böyük ziyan vurmuşdu. Ölkə iqtisadi istehsalın zəifləməsi, hətta dayanma səviyyəsinə çatması səbəbindən yoxsulluq bataqlığına sürüklənmişdi. Siyasi ideologiya adi insanların, o cümlədən Kommunist Partiyanın tərkibində işləyənlərin həyatında birinci dərəcəli yerdə idi.
1977 sentyabrında Den Syaopin Mədəni inqilabın səhvlərini düzəltmək üçün Boluan Fanjenq ("xaos vəziyyətindən çıxmaq") ideyasını təklif etdi.1978-ci ilin dekabrında, 11-ci Mərkəzi Komitənin 3-cü Plenumunda Den Çinin de fakto liderinə çevrildi. O, Çin iqtisadiyyatında islahatlar (Çin iqtisadi islahatları) aparmaq üçün daha ətraflı proqram ilə çıxış etdi. Bir neçə il içərisində ölkənin ideoloji saflıq fokusu maddi varlıq əldə etmək cəhdi ilə əvəzləndi.
Den islahat tədbirlərinə gözətçilik etsinlər deyə öz müttəfiqlərini hökumət və partiyada ən yuxarı vəzifələrə yüksəltdi. Çjao Szıyan sentyabrında 1980-da hökumət başçısı (premyer), Hu Yaoban 1982-ci ildə Kommunist Partiyası Baş Katibi oldu.
Denin islahatları iqtisadiyyatda dövlətin rolunu azaltmağa yönəlmişdi və zamanla kənd təsərrüfatında və sənayedə özəl istehsala icazə verdi. 1981-ci ilə qədər, təxminən, kənd fermalarının 73%-i dekollektivləşdirilmiş və dövlət əsaslı təşəbbüslərin 80%-nə öz mənfəətlərini əldə saxlağama icazə verilmişdi. Bir neçə il içində istehsal artmış və yoxsulluq davamlı şəkildə azalmağa başlamışdı.
İslahatlar ümumi olaraq cəmiyyət tərəfindən müsbət qəbul edilsə də, elit partiya bürokratiyasındakı korrupsiya və nepotizm daxil olmaqla, dəyişikliklərin gətirdiyi sosial problemlər narahatçılığı artırırdı.[30] 1950-ci illərdən bəri mövcud olan dövlət tərəfindən təyin edilən qiymətləmə sistemi sabit qiymətləri uzun müddət aşağı səviyyədə saxlamışdı. İlkin islahatlar iki tərəfli sistem yaratmışdı: bəzi qiymətlər sabitləşdirilsə də, digərləri azad bazarda təyin oluna bilirdi. Xronik çatışmazlıqları olan bazarda qiymət enib-qalxmaları güclü əlaqələri olan insanlara malı aşağı qiymətdən alıb, bazar qiymətindən satmağa imkan verirdi. İqtisadi menecment səlahiyyətləri olan partiya bürokratlarının belə arbitrajlarda yüksək məbləğlərlə iştirak edirdilər.[31] Cəmiyyətdə korrupsiya üzrə olan narazıçılıqlar pik həddinə çatmışdı və bir çoxları, xüsusilə də intellektuallar yalnız demokratik islahatların və hüquq üstünlüyünün ölkə xəstəliklərini sağalda biləcəyinə inanmağa başladılar.[32]
1988-ci ilin yayında Beydayhedən geri çəkildikdən sonra Den rəhbərliyindəki partiya mərkəzi bazar əsaslı qiymətləmə sisteminə keçidi tətbiq etməyə qərar verdi.[33] Qiymət nəzarətləri barədə rahatlaşma xəbəri bütün Çində nağd pulların çəkilməsini, alış və ehtiyatların artırılmasına səbəb oldu.[33] Hökumət bir növ özünü itirdi və iki həftədən qısa müddətdə qiymət islahatlarını ləğv etdi, ancaq əsas təsirlər çox daha uzun davam etmişdi. İnflyasiya uçmuşdu: rəsmi indekslərin hesabatına görə 1987-1988-ci illər arasındakı Pekində İstehlakçı Qiymət İndeksi 30%-ə qədər artmışdı, bu da maaşlı işçilər arasında artıq əsas qida məhsullarını ala bilməyəcəkləri fikrini formalaşdırmışdı.[34] Üstəlik, yenii bazar iqtisadiyyatında mənfəətsiz dövlət müəssisələrinə məsrəfləri kəsmək üçün təzyiq edilirdi. Bu, "dəmir düyü qabı"na arxalanan əhalinin böyük hissəsini təhdid etdi. "Dəmir düyü qabı" çinli işçilər üçün iş təhlükəsizliyi, tibbi yardım və subsidiyalaşdırılmış ev mənasına gəlirdi.[34]
Sosial hüquqlardan məhrum etmə və legitimlik böhranı
1978-ci ildə islahatçı liderlər intellektualların reformlar vasitəsilə ölkənin inkişafında aparıcı rol oynayacağını düşündü, ancaq bu, planlaşdırıldığı kimiolmadı. Yeni universitetlərin açılması və qeydiyyatın artmasına baxmayaraq, dövlət yönümlü təhsil sistemi kənd təssərrüfatı, yüngül sənaye, xidmət və xarici investisiya sahəsində artan tələbi qarşılayacaq səviyyədə məzun yetişdirə bilmədi. İş bazarı, xüsusilə humanitar və sosial elmlərdən məzun tələbələr üçün məhdud idi. Üstəlik, özəl şirkətlər artıq dövlət tərəfindən onlara qoyulan tələbə qəbul etmə kvotasına da ehtiyac duymurdular. Bir çox yüksək maaşlı iş qohumbazlıq və dostbazlıq əsasında təklif edilirdi. Dövlət təyinatlı yaxşı işlərə yüksəlmək öz sahələri üzrə təcrübəsi çox az olan rəsmilərə səlahiyyət verən , yüksək effektsizliyi olan bürokratiyaya nəzarət etmək mənasına gəlirdi. İş bazarındakı qanqaraldıcı vəziyyəti və xaricə getmə imkanlarının məhdudluğunu görən ziyalılar və tələbələr siyasi məsələlərlə maraqlanmağa başladılar. Demokratiya salonu (çin. 民主沙龙; pinyin. Mínzhǔ Shālóng) və Çəmənlik salonu (çin. 草坪沙龙; pinyin. Cǎodì Shālóng) kimi kiçik tələbə qrupları Pekin universitet kampusunda peyda olmağa başladılar. Bu təşkilatlar tələbələri siyasətə qarışmağa təşviq edirdi.
Eyni vaxtda, partiya kapitalist praktikanı qəbul etdiyi üçün partiyanın sosialist ideologiyası legitimlik böhranı ilə üzləşmişdi. Özəl təşəbbüs diqqətsiz requlyasiyalardan istifadə edərək, öz gəliri artıran və bunu azgəlirli insanlar qarşısında nümayiş etdirən alverçilərin artmasına səbəb olmuşdu. Xalq narazıçılığı ədalətsiz sərvət bölüşdürülməsinə görə daha da artırdı. Acgözlük uğur qazanmaq üçün lazım olan əsas faktora çevrilmişdi. İctimaiyətdə ölkənin gələcəyi ilə bağlı böyük ümidsizlik var idi. İnsanlar dəyişiklik istəsə də, "doğru yolu" təyin etmək səlahiyyəti yalnız seçilməmiş hökumətin əlində qalmağa davam edirdi.
Ətraflı və geniş yayılmış islahatlar bazarlaşma mərhələsində iqtisadi müftəliflik və islahatlarla birlikdə gələn ideologiya üzərində nəzarət yaratdı. Bu da, mərkəzi rəhbərlik içərisində dərin uçuruma səbəb olmuşdu. İslahatçılar ("sağ" Hu Yobanq tərəfindən idarə olunurdu) xalq narazıçılığının qarşılığı kimi siyasi liberallaşma və ideya saflığı tərəfdarı idi və növbəti islahatlar üçün təzyiq edirdilər. Mühafizəkarlar ("sol" Çen Yun tərəfindən idarə olunurdu) islahatların həddini aşdığını deyir və sosial sabitliyi təmin etmək və partiyanın sosialist ideologiyasına qayıtmaq üçün ciddi dövlət nəzarətini bərpa etməyi təkli edirdi. Belə vacib siyasi qərarları tətbiq etmək üçün hər iki tərəfin də ali lider Den Syaopinin dəstəyinə ehtiyacı var idi.
1986-cı ilin ortalarında astrofizik professor Fan Liçji Prinston Universitesindəki vəzifəsindən qayıtmış və Çin universitetlərinə şəxsi tur təşkil edərək, burada azadlıq, insan hüquqları və hakimiyyət bölgüsü mövzusunda danışmışdır. Fan Çinin kasıblığını və inkişafdan qalmağını və Mədəni inqilab fəlakətini Çinin avtoritar siyasi sistemi və sərt idarə iqtisadiyyatının nəticəsi olaraq görən elit intellektual cəmiyyət içərisindəki gizli axının bir parçası idi. Çinin mövcud problemlərinin tək cavabını siyasi reformda görən baxış tələbələr arasında geniş şəkildə yayılmış, çünki Fanın nitqləri səsyazısı halında bütün ölkədə yayılmışdı. Buna qarşılıq olaraq, Den Syaopin Fanın kor-koranə Qərb həyat tərzi, kapitalizm və çoxpartiyalı sistemə qibtə edir, Çinin sosialist ideologiyası, ənənəvi dəyərləri və partiya rəhbərliyini isə baltalamağa çalışdığını deyirdi.
1986-cı ilin dekabrında Fandan və dünyadakı digər "xalq-iqtidar" cərəyanlarından ilhamlanan tələbə nümayişləri islahatın ləng gedişatına qarşı yeni mərhələyə qədəm qoydu. Problemlər geniş miqyasda yayılmışdı və iqtisadi liberallaşma, demokratiya və hüquq üstünlüyü tələbləri səslənirdi. Etirazçılar ilk başda Fanın yaşadığı Hefeydə cəmləşsə də, onlar tezliklə Şanxaya, Pekinə və digər böyük şəhərlərə yayıldılar. Bu, While the protests were initially contained in Hefei, where Fang lived, they quickly spread to Shanghai, Beijing, and other major cities. Bu, tələbələri Mədəni inqilaba oxşar qarışıqlıq yaratmaqda günahlandıran mərkəzi rəhbərlik üçün həyəcan siqnalı oldu.
Baş katib Hu Yoban "yüngül" mövqe göstərməsi və etirazlara səhv yanaşmasına, beləliklə də sosial sabitliyi zədələməkdə ittiham edildi. O, mühafizəkarlar tərəfindən günahlandırıldı və 16 yanvar 1987-ci ildə baş katib vəzifəsindən istefa etməyə məcbur edildi. Partiya Hu, siyasi liberallaşma və Qərbədən ilhamlanılan bütün ideyaları ümumi şəkildə hədəf alaraq, "antiburjuaziya liberallaşma kampaniyası"na başladı. Kampaniya tələbə etirazlarını dayandırdı və siyasi aktivliyi məhdudlaşdırdı, ancaq Hu intellektuallar, tələbələr və Kommunist Partiyasının proqresivləri arasındakı məşhurluğunu qorudu.
1980-ci ilin 18 avqustunda Den Syaopin Pekində, Çin Kommunist Partiyasının Politbürosundakı tam tərkibli görüşdə Çində siyasi islahatları başladan "Partiya və dövlət idarəçilik sisteminin islahatı haqqında" (" (çin.)") nitq söylədi.[35][36][37] O, büroktratiya, gücün mərkəzləşdirilməsi və patriyarxatlığı tənqid edərək Çin konstitusiyasının sistemli reviziyasını tələb etdi və Çindəki hakimi mövqelər üçün dövr limitləri təklif edərək, "demokratik mərkəzləşmə" və "kollektiv idarəçiliyi" müdafiə etdi.[35][36][37] 1982-ci ilin dekabrında dördüncü və hal-hazırkı Çin konstitusiyası olan "1982 Konstitusiyası" V Ümumçin Xalq Nümayəndələri Məclisində qəbul edildi.[38][39]
1986-cı ilin birinci yarısında Den təkrar-təkrar siyasi reformların dirçəldilməsini tələb etdi, çünki iqtisadi islahatlar korrupsiya və iqtisadi bərabərsizliyin artdığı orijinal siyasi sistem tərəfindən əngəllənirdi.[40][41]
↑Finch, George. "Modern Chinese Constitutionalism: Reflections of Economic Change". Willamette Journal of International Law and Dispute Resolution. 15 (1). 2007: 75–110. ISSN1521-0235. JSTOR26211714.
Brook, Timothy. Quelling the People: The Military Suppression of the Beijing Democracy Movement. Stanford: Stanford University Press. 1998. ISBN978-0-8047-3638-1.
Ignatius, Adi. Preface // Bao Pu; Renee Chiang; Adi Ignatius (redaktorlar ). Prisoner of the State: The Secret Journal of Premier Zhao Ziyang. Simon & Schuster. 2009. iv–xvi. ISBN978-1-4391-4938-6.
Kristof, Nicholas D. "Beijing Residents Block Army Move Near City Center: Tear Gas said to be Fired". The New York Times. June 3, 1989. ProQuest115057724 – ProQuest Historical Newspapers The New York Times (1851–2007) vasitəsilə.
Kristof, Nicholas D. "Units Said to Clash: Troops in Capital Seem to Assume Positions Against an Attack". The New York Times. June 6, 1989. səh. A1.
Lee, Francis L.F. "Generational Differences in the Impact of Historical Events: The Tiananmen Square Incident in Contemporary Hong Kong Public Opinion". International Journal of Public Opinion Research. 24 (2). June 2012: 141–62. doi:10.1093/ijpor/edr042.
Mathews, Jay. "Chinese Army Moving Closer to Protesters: Finances, Leadership Split Student Ranks". The Washington Post. June 2, 1989. ProQuest734005592 – ProQuest Historical Newspapers The Washington Post (1877–1994) vasitəsilə.
Mathews, Jay. "The Myth of Tiananmen". Columbia Journalism Review. September–October 1998. December 23, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Nathan, Andrew J. "The Tiananmen Papers". Foreign Affairs. January–February 2001. July 6, 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: November 3, 2010.
Nathan, Andrew J. "The Consequences of Tiananmen". Reset Dialogues (Müsahibə). Interviewed by Maria Elena Viggiano. 3 June 2009. June 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2018.
Wright, Kate. "The Political Fortunes of Shanghai's World Economic Herald". The Australian Journal of Chinese Affairs. 23 (23). 1990: 121–32. doi:10.2307/2158797. JSTOR2158797.
Wu, Renhua. 六四事件中的戒严部队 [Military Units Enforcing Martial Law During the June 4 Incident] (çin). Hong Kong: 真相出版社. 2009. ISBN978-0-9823203-8-9. October 17, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 16, 2013.
Wu, Renhua. 六四北京戒严部队的数量和番号 [Number of Beijing martial law units on June 4]. Boxun blog. Wu Renhua June 4 Anthology. April 23, 2010. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Wu, Renhua. 天安门广场清场命令的下达 [The release of Tiananmen Square clearance order]. Boxun blog. Wu Renhua June 4 Anthology. May 4, 2010. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Wu, Renhua. 戒严部队军警的死亡情况 [Casualties of military police in martial law forces]. Boxun blog. Wu Renhua June 4 Anthology. May 23, 2010. May 18, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2013.
Wu, Renhua. 戒严部队的挺进目标和路线 [The advance target and route of the martial law forces]. Boxun blog. Wu Renhua June 4 Anthology. June 5, 2010. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 3, 2013.
Wu, Renhua. 89天安门事件大事记:6月3日 星期六 [1989 Tiananmen Square incident Highlights: Saturday, June 3]. Boxun blog. Wu Renhua June 4 Anthology. June 5, 2010. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Wu, Renhua. 六部口坦克追轧学生撤退队伍事件 [Incident at Liubukou When Tanks Ran Over Retreating Group of Students]. Boxun blog. Wu Renhua June 4 Anthology. June 12, 2010. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Wu, Renhua. 天安门事件的最后一幕 [Last act of the Tiananmen incident (page 1)]. Boxun blog. Wu Renhua June 4 Anthology. July 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Wu, Renhua. 天安门事件的最后一幕 [Last act of the Tiananmen incident (page 2)]. Boxun blog. Wu Renhua June 4 Anthology. May 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Wu, Renhua. 天安门事件的最后一幕 [Last act of the Tiananmen incident (page 3)]. Boxun blog. Wu Renhua June 4 Anthology. June 17, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Wu, Renhua. 天安门事件的最后一幕 [Last act of the Tiananmen incident (page 4)]. Boxun blog. Wu Renhua June 4 Anthology. May 3, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
Wu, Renhua. 89天安门事件大事记:6月4日 星期日 [1989 Tiananmen Events: Sunday, June 4]. Boxun blog. Wu Renhua June 4 Anthology. June 4, 2011. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2019.
美國機密檔案:六四屠殺10454人|壹週刊 [Chinese official said 10,000 died in 1989] (çin). Nextplus.nextmedia.com. January 1, 1980. October 18, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 22, 2018.