Tyla | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 30 yanvar 2002 (22 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d] |
Fəaliyyət illəri | 2019-cu ildən |
Janrlar | pop musiqisi, amapiano[d], müasir R&B[d] |
Albom şirkəti | Epic Records |
tylaworld.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tyla (azərb. Tayla; 30 yanvar 2002, Edenveyl[d], Qautenq vilayəti) — CAR-dan olan müğənni-mahnı yazarı. Amapiano janrındakı mahnılarına görə tanınır. O, Yohannesburqda böyümüş, 2019-cu ildə yayımladığı debüt sinqlı "Getting Late" (feat. Kooldrink)-nin uğurundan sonra Epic Records-dan müqavilə təklifi almışdır.
2023-cü ildə çıxardığı sinqlı "Water" CAR, Birləşmiş Krallıq və ABŞ hit-paradlarında ilk onluğa daxil olub. Sözügedən mahnısı 2024-cü ildə ona "Afrikalı musiqiçi tərəfindən ən yaxşı musiqi performansı" kateqoriyası üzrə "Qremmi" mükafatı qazandırıb. Bu mahnı onun 2024-cü ildə çıxardığı öz adını daşıyan debüt studiya albomunda da yer alıb. "Tyla" rəğbətlə qarşılanmış və kommersiya baxımından müsbət nəticə göstərmişdir. Albom ABŞ da daxil olmaqla bir sıra ölkələrin albom hit-paradlarına düşüb.
Tyla "Qremmi" mükafatı qazanan ən gənc afrikalı sənətçidir. O, bundan əlavə, müxtəlif mükafatlara namizəd göstərilib: bir dəfə "Brit", bir dəfə "Soul Train Music Award", bir dəfə "MOBO Award" və son olaraq iki dəfə "South African Music Awards". Tyla 2024-cü ildə baş tutan "BET Awards"-da müğənnilər Uşer və Viktoriya Mone ilə birlikdə ən çox mükafat qazanan sənətçilər arasında olub. O, pop və amapiano musiqi elementlərini incəliklə öz mahnılarında birləşdirdiyinə görə "Popiano kraliçası" adını qazanmışdır.
Tayla Laura Sital 30 yanvar 2002-ci ildə Qautenq vilayətinin Edenveyl şəhərində doğulub.[1][2][3] Hind,[4] mavrikili, zulu və irland mənşəlidir. Yohannesburqda böyüyüb.[5][6] Məktəbi 2019-cu ildə başa vurmazdan öncə musiqiçi kimi karyera qurmağı planlaşdırır və musiqi sənayesində imkanlar axtarmağa çalışırdı.[7] O, məktəbin son illərində öz İnstaqram hesabında orijinal mahnılarını və kaver ifalarını paylaşırdı. Onu ilk meneceri olan Garth von Glehn kəşf edib. İkisi tanış olduqdan qısa müddət sonra səsyazma studiyasında seanslara başlamışdır.[8][9] O, orta məktəbin son ilində hər həftə sonu vaxtının çoxunu səsyazma studiyasında mahnı yazaraq keçirdiyi deyir.[10]
Studiya albomları