Türk-monqol təqvimi

Türk[mənbə göstərin]-monqol[mənbə göstərin] təqvimi-Bu təqvim Meton dövrəsi üzrə tənzimlənən və qəməri-şəmsi təqvim sisteminə aid olan təqvimlərdəndir. Təqvimdə 12 adi 7 uzun il var. Çin təqvimindəki kimi 12 illik heyvanların adları ilə adlandırılmış dövrə türk-monqol təqviminin əsasını təşkil edirdi. Təqvimdə 7 uzun il 13 aya bölünürdü. 12 adi il isə 12 aydan ibarət idi. Aylar "birinci ay", "ikinci ay", "Təzə ay", "köhnə ay" və s. kimi adlandırılırdı. Ay təzə ayın çıxması ilə başlanırdı. Təqvim 1027-ci ildən hesablanır.

No Heyvan Diger Fərqli Qaynaqlarda Çincə Tələffüz Məna Xakas Təqvimi Xüsusiyyətləri
1 Sıçqan Sıçkan, Sıçan, Çıçqan Küsgü Siçan Küskə ("siçan") Hərəkət, hiss.
2 Ud Ut, Uy Buğa, Buga, Boğa, Buqa chǒu Öküz İnək, İnəh ("mal") Sükunət, ağıl, şüur.
3 Bars Barıs, Pars yín Bəbir Tülgü ("tülkü") Cürət, döyüş.
4 Tavışqan Tavışkan, Tovışqan Qoyan, Qoban mǎo Dovşan Xozan ("dovşan") Mərhəmət, qorxaqlıq.
5 Lu[1] (Nek)[2] Luy, Ulu, Uluğ Bal, Balıq, Balık chén Əjdaha Kiləski ("əjdaha") Taleh, zənginlik.
6 Yılan Çılan, Ilan, Zılan İlan Çılan ("ilan") Hörmət, qorxu.
7 Yunt Yund, Yont, Yond Yılxı, Yılqı At Çilgi, Çılqı ("at") Tələsik, təlaş, sürət.
8 Qoy Xoy, Xonın, Qonın Qoç, Qoçkar, Xuç wèi Qoyun Xoy ("qoyun") Sevgi, dürüstlük, çoxluq.
9 Biçin Məçin, Məşin, Piçin shēn Meymun Kizi ("kişi") Əyləncə, hiyləgərlik.
10 Taqaku Toquk, Toğ, Taqıq, Tavuq yǒu Toyuq Tanah ("toyuq") Üsyan, xəsislik..
11 İt İyt, İşt Köbək, Kübek, Köpək İt Dorna, Turna ("durna") Sədaqət, hissiyyat.
12 Tonquz Tonuz, Domuz, Dumuz hài Donuz Öski ("keçi") Qarışıqlıq və sükunət.

Yakutlar (Saxalar) isə 12 hayvanlı il təqvimi istifadə etməklə birlikdə, heyvanların yerinə tanrıların adlarını istifadə etmişlər.

1. Cöhögöy, 2. Ayısıt, 3. İyehsit, 4. Ayığ 5. Buğor, 6. Cahın 7. Suğorun, 8. Xotoy, 9. Bayanay, 10. Sehen, 11. Tanxa 12. Otun

Oşlaq Ay (və ya Aşlaq Ay) — Xüsusilə avrasiya köçəri xalqlarının və türklərin şaman təqvimində birinci aydır.[3] Uluğ Kün (Ulu Gün) yəni Novruz ilə birlikdə 21 Martda başlayır. Bu bahar şənliyi qurban ayinləri və qeyd etmələr və ənənəvi əyləncələr ilə həyata keçirilir və indiki vaxtda da varlığını davam etdirməkdədir.

Sonay — türk xalq mədəniyyətində ilin ilk yarısıdır. Xüsusilə azərbaycan folklorunda payız mövsümünün son aylı gecələrinə deyilir. Azərbaycan "ayın düşüncəsi"ndə (mifoloji anlayışında) Ay və Günəş sevgililərdir.[4] Onların sevgisi sonsuzdur. Amma onlar heç bir zaman bir-birinə qovuşa bilməzlər. Ancaq gecə və gündüz bərabərləndiyi bu gündə bu sonsuz sevdalılar bir-birlərinin üzlərini görə bilərlər. Amma sonra kavuşamadan yenə itirərlər. Azərbaycan kəndlərində bu gecədə müxtəlif oyunlar oynayarlar.

Mövsüm Qədim təqvim — Xalq təqvimi
Bahar Kök, Kökəy, Kökləm, Köktəm
Yay Yaz, Cay
Payız Güz, Güzəy, Güzləm, Güzdəm
Qış Qıs, Xıs
  1. Çincə mənşəli Luu ("əjdaha") sözü türkcə Ulu/Uluğ ("böyük") şəklinə çevrilmişdir. Məna sürüşməsinə məruz qalması bu varlığa qarşı böyüklük qəbuluyla da əlaqəli görünməkdədir. Bu formasıyla indiki vaxtda da bəzi türk dillərində istifadə edilməkdədir. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine, (Səhifə-218)
  2. 5-ci il bəzi qaynaqlarda Nek = Timsah olaraq keçməkdədir. "Nek ili: Timsah ili". Atalay, Besim (2006). Kaşğarlı Divani Lüğət-it Türk. Ankara: Türk Tarix Qurumu. ISBN 975-16-0405-2, Cild I, səhifə 346.
  3. Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
  4. Dil və Ayın Düşüncə Dilmac jurnalı (34) özəl sayı, 2007 (Tehran)

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]