Türkiyə regionları — 6 iyun-21 iyun 1941-ci ildə Ankarada toplanan Birinci Coğrafiya Qurultayı tərəfindən təyin olunmuşdur. Qurultay ilk, orta və lisey məktəb tədris planı proqramları ilə dərs kitabları, coğrafiya terminləri və coğrafi adların yazılması, Türkiyə coğrafiyasının ana xəttləri və yerlərin adlandırılması üzərində çalışmaq məqsədiylə toplanmışdı. Bu çalışmanın nəticəsində Türkiyənin üç tərəfinin dənizlərlə çevrilmiş olması, dağların Anadolunun daxili seqmentlərini sahillərdən ayırması, iqlim, nəqliyyat və bitki örtüsü kimi ölçülər diqqətə alınaraq Türkiyənin coğrafi regionları təyin olunmuşdur.
Türkiyə Birinci Coğrafiya Qurultayında Türkiyə coğrafi 7 regiona ve 21 bölməyə ayrılmışdır.
Bu region və bölmələrin Türkiyənin idarə məsləhəti üçün zərrə bir hökmü yox lakin coğrafi elmi məna üçün əhəmmiyətli hökm edər.
Təbiət, bəşəri və ekonometrika xüsusiyyətləri baxımdan sərhədləri daxilində bənzərlik göstəriş eden geniş sahələrə region deyilir. Sərhədləri daxilində bənzərlikləri olan ancaq bölgənin digər yerlərindən fərqli olan kiçik sahələrə isə bölmə deyilir.
Göllər daxil olmaqla Türkiyənin yekun ərəzisi 814.578 km². Bölgələrə görə faizi:
Türkiyə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |