Türkiyədə dəmir yolu — 1927-ci ildə Osmanlı İmparatorluğunun dağılmasından sonra qurulan Dövlət Korporasiyası tərəfindən idarə olunan Türkiyədəki bir dəmir yolu şəbəkəsidir. Dəmir yollarının ümumi uzunluğu 10.991 km-dir (2008).
Türkiyədəki dəmir yollarının tarixi 1856-cı ildə, bir ingilis şirkəti tərəfindən inşa edilən İzmir - Aydın 130 km-lik Osmanlı İmperiyasındakı ilk dəmir yolu xəttinin açılması ilə başlayır. 1856 - 1889 illər arasında Osmanlı İmperiyasındakı yollar əsasən İngilis şirkətləri tərəfindən inşa edilir. Lakin 1889-1918-ci illər arasında Osmanlı İmperiyasındakı bir çox dəmir yolu bu dövlətlər arasındakı siyasi ittifaq sayəsində Alman şirkətləri tərəfindən inşa edilməyə başlanılır.
1856-1922-ci illərdə ümumi uzunluğu 9,919 km olan aşağıdakı xətlər çəkilir: Rumeli - 2,383 km, 1,435 mm
Ruse - Varna, 223 km, 1866-cı ildə bir ingilis şirkəti tərəfindən tamamlanır; Dunay ilə Qara dənizi birləşdirir.
Konya - Bağdad 2.424 km, 1.435 mm.
İzmir - Kasaba 695 km, 1,435 mm.
İzmir - Aydın 610 km, 1,435 mm.
Şam - Həma 498 km, 1.067 mm və 1.435 mm.
Yaffa - Qüds 86 km, 1.435 mm.
Bursa - Mudanya 42 km, 1.067 mm.
Ankara - Yaxsıxan 80 km, 1.067 mm.
Şam - Mədinə 1300 km, 1.067 mm. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqda, onun milli sərhədləri daxilində yalnız 4.000 km dəmir yolu yolu qalır. Türkiyə Cümhuriyyətinə xarici şirkətlərə məxsus olan 2282 km 1435 mm, 70 km 1.067 mm dəmir yolu xəttlərini və 1378 km (1435 mm) hökumət malı miras alır.
Daha sonra Türkiyə Cümhuriyyəti xarici xəttləri milliləşdirir və əsasən ölkənin sənayeləşmə hədəflərinə uyğun olan, 1932-1936-cı illər arasında dəmir və kömür nəql etmək üçün inşa edilən xarici xəttləri tikməyə başlayır.
Türkiyə iqtisadiyyatına təsir edən maliyyə açlığına və Böyük Depressiyaya baxmayaraq, yeni dəmir yolu xətlərinin inşası davam edir. 1923-1950-ci illər arasında inşa edilmiş 3578 km yeni xətlərin böyük əksəriyyəti (3208 km) 1940-cı ildən əvvəl tamamlanmışdır.
Bu dövrdə dəmir yollarının xalq təsərrüfatında geniş istifadəsinə dair bir proqram qəbul edilir. Aşağıdakı hədəflər qoyulur: Potensial istehsal mərkəzləri ilə təbii ehtiyatların birləşdirilməsi.
İstehsal və istehlak mərkəzlərinin dəniz limanları ilə əlaqələndirilməsi, ölkənin kənd yerləri ilə əlaqələrinin genişləndirilməsi.
İqtisadi böyüməni və sosial tərəqqini sürətləndirmək üçün az inkişaf etmiş sahələri ölkənin daha inkişaf etmiş bölgələri ilə əlaqələndirmək.
Milli təhlükəsizliyin gücləndirilməsi.
Bu siyasət sayəsində Kayseri (1927), Sivas (1930), Malatya (1931), Niğdə (1933), Elazığ (1934), Diyarbəkir (1935) və Ərzurum (1939) şəhərləri Türkiyənin dəmir yolu şəbəkəsinə qoşulur.
Bu məqsədlərə iki mərhələdə nail olundu: 1. Maliyyə problemlərinə baxmayaraq xarici şirkətlərə məxsus dəmir yolu xətləri milliləşdirilir.
2. Dəmir yollarının əksəriyyəti Türkiyənin qərb vilayətlərində cəmləşdiyindən, ölkənin mərkəzi və şərq bölgələrini böyük ticarət mərkəzləri və dəniz limanları ilə birləşdirmək tələb olunurdu. Bu dövrdə aşağıdakı xətlər şəkilir:
Samsun - Kalin.
Irmak - Filyos.
Adana - Fevzipaşa - Diyarbəkir.
Sivas - Çetinkaya.
1935-1945-ci illər arasında ölkənin müxtəlif bölgələrindəki mövcud dəmir yolları bir-birinə bağlanılır. Məsələn bu addımlar sayəsində Ankara ilə Diyarbakır arasındakı məsafə 1324 km-dən 1116 km-ə endirilir. 1960-cı ildən sonra maliyyənin böyük hissəsi avtomobil yollarının tikintisinə yönəldilir. Bu siyasət sayəsində 1950 ilə 1980 arasında hər il orta hesabla yalnız 30 km yeni dəmir yolu inşa edilir.
1980-ci illərin ortalarında yeni magistral yolların tikintisi səbəbindən dəmir yolu tikintisinə ayrılan maliyyə kəsilir. Bu zaman təkcə yeni xətlər çəkilmir, köhnələri də sıradan çıxır.
Lakin 2000-ci illərin əvvəllərində yeni irimiqyaslı layihələrə başlanılır. İlk sürətli qatar HT65000 CAF-dan (İspaniya) alınır. Bu qatarlar 260 km/saat sürətə çata bilir. EUROTEM (Cənubi Koreyanın ROTEM şirkəti ilə Türk TÜVASAŞ arasında ortaq bir müəssisə) 2007-ci ildə Türk şəbəkəsi üçün yeni qatarlar istehsal etmək üçün qurulmuşdur. Plan maksimum sürəti müvafiq olaraq 352 km/saat (HSR-350X) və 330 km/saat (KTX-II) olan qatarların inşasıdır.
Digər bir böyük layihə də Marmaray tunelidir. Tunel bosfor boğazının altından keçir. Türkiyənin Avropa və Asiya dəmir yollarını birləşdirir. Tuneldən keçən qatarların hərəkəti 29 oktyabr 2013-cü il tarixində başlanılmışdır[1].