Türksat 6A | |
---|---|
Xüsusiyyətləri | |
Buraxılma tarixi | 8 iyul 2024[1][2] |
Başlanğıc çəkisi | 1700 kq |
İstehsalçı | Türk Aerokosmik Sənayesi[3], Türkiyə Kosmos Texnologiyaları Araşdırma İnstitutu[3] |
Fəaliyyət dövrü | 15 il |
Mövqeyi | |
Hazırkı mövqeyi | 42 ° ş. u. |
Vikianbarda əlaqəli mediafayllar |
Türksat 6A — türk telekommunikasiya peyki.[4]
Türksat 6A Türkiyənin yerli olaraq inkişaf etdirilməsi nəzərdə tutulan və bu sahədə Türkiyədəki bacarıqları daha da inkişaf etdirmək məqsədi daşıyan ilk telekommunikasiya peykidir. 1994-cü ildən bəri Türksatla bağlı fəaliyyət göstərən peyklərdən fərqli olaraq TÜBİTAK UZAY, RASAT və GÖKTÜRK-2 layihələrində qazanılan kosmik sahədəki təcrübələrdən faydalanılaraq layihə ortaqları TUSAŞ, ASELSAN və CTECH firmaları ilə birlikdə milli telekommunikasiya peyki platformasını daha da təkmilləşdirməkdədir.
Türksat 6A layihəsinə 15 dekabr 2014-cü il tarixində başlanılıb. Layihənin ümumi müddəti 60 ay planlanlaşdırılmışdı. Layihədə orbitdə fəaliyyətə başlayacaq uçuş modelindən savayı yer sınaqlarında istifadə edlməklə sistem səviyyəsində əlavə modeller də təkmilləşdirilməkdədir.
Türksat 6A layihəsinə TÜBİTAK və "Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi" tərəfindən maddi dəstək verilmişdir. Türksat A. Ş., orbitdə fəaliyyətə başlama prosesini uğurla başa vurduqdan sonra peykin istifadəçisi və sahibi olacaqdır.[4]