Tıva | |
---|---|
Тыва Республика | |
Tuva Respublikasının himni | |
51°47′ şm. e. 94°45′ ş. u.HGYO |
|
Ölkə | Rusiya |
İnzibati mərkəz | Kızıl |
Dövlət Başçısı | Şolban Kara-ool |
Qurultay Sədri | Davaa Kan-ool |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1993 (1991) |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | Tıvaca, Rusca |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-TY |
Avtomobil nömrəsi | 17 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri.
Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir .[1] Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur. Yağıntının miqdarı 250–400 mm-dir. Əsas çayları Yenisey və onun qollarıdır. Respublika ərazisində çol landşaftı, dağ şabalıdı torpaqlar geniş yayılmışdır. Dağ yamaclarında qaraşam, dağlıq sahələrdə tundra bitkiləri yayılmışdır. Bu isə əkinçilik və heyvandarlığın inkişafına geniş imkanlar yaradır.
2002-ci ildə aparılmış siyahıya almaya əsasən respublikada 305.510[2] , 1 yanvar 2007-ci ilə olan rəsmi təxminə əsasən isə 309.439 nəfər[3] əhali yaşayır. Tıva Respublikası əhalisinin 60% - dən çoxu tıvalılardır. Əhalinin 47% - i şəhərlərdə, 53%- i kəndlərdə yaşayır. Böyük şəhərləri Qızıl, Şanqonar və Cadandır.
Tıvada hasilat sənayesi, yüngül və yeyinti sənayesi, meşə-ağac emalı inkişaf etmişdir. Kənd təsərrüfatı dənli və yem bitkilərinin becərilməsi və heyvandarlıq istiqamətlidir. Heyvandarlıqda ətlik – südlük qaramal və zərifyunlu qoyunçuluq əsas yer tutur. Respublikanı xarici aləmlə bağlayan yeganə avtomobil yolu Qızıl – Minusinsk magistralıdır.