Təhlükəsizlik — təhlükənin minimal olduğu bir vəziyyət.
- İnformasiya (Kəşfiyyat) təhlükəsizliyi: İnformasiya təhlükəsizliyi, yazılı, şifahi və ya elektron mediada məlumatların qorunması və doğru məlumatların doğru zamanda lazımi şəxsə çatdırılması ilə əlaqədardır.
- İnformasiya texnologiyaları təhlükəsizliyi: İnformasiya cihazları və proqram təminatlarının istifadəsi nəticəsində yarana biləcək risk və təhlükələri araşdıran informasiya texnologiyaları şöbəsi.
- Fiziki təhlükəsizlik: Fiziki təhlükəsizlik təcavüzkarların bir qurğu, qaynaq və ya fiziki məlumat əldə etməsinin qarşısını almaq və ya yayındırmaq üçün görülən bir tədbirdir. İxtisaslı işçi qüvvəsindən belə işlərdə istifadə olunur.
- Qida təhlükəsizliyi: İki konsepsiyanı özündə birləşdirir.
- Beynəlxalq münasibətlər sahəsində insanlar aclıq və qıtlıq içində olmamalıdırlar.
- Bu qidanın istehsal mərhələsindən son istehlakçıya çatana qədər insan sağlamlığı üçün uyğun şərtlərdə qida istehsalı, saxlanması, qablaşdırılması və daşınmasının təmin edilməsidir.
- İnsan təhlükəsizliyi: Milli təhlükəsizlik, suverenlik və insan hüquqları sahəsində konseptual bir problemi göstərən beynəlxalq münasibətlər terminidir. Bunu insan hüquqları kimi də ifadə etmək olar.
- Əməyin mühafizəsi (və ya işçilərin təhlükəsizliyi): İş proseslərində hər hansı bir iş xəttində çalışan işçilər üçün sağlamlıq və təhlükəsizlik tədbirlərinin görülməsidir.
Ekrandakı kameralardan götürülən görüntülərə baxmaq, görüntüləri yazmaq, qeydə alınmış görüntüləri səsləndirmək, uzaqdan görüntüləmək və digər bu kimi əməliyyatları təmin edən X-ray, kamera, lens, ayaq, mühafizə, kabel, monitor, qeyd və nəzarət cihazı və digər aksesuar/materiallardan ibarət məhsul-xidmət birləşməsinə kamera təhlükəsizlik sistemi deyilir.