Təhlükəsizlik yastığı

Təhlükəsizlik yastığı (ing. airbag) — nəqliyyat vasitələrində passiv təhlükəsizlik sistemi (SRS, Supplemental Restraint System).

Elastik örtüyə malikdir və içərisi hava və ya başqa qazlarla doldurulur. Təhlükəsizlik yastıqları avtomobil toqquşması zamanı zərbə riskinin minimum həddə olması üçün istifadə olunur. Təhlükəsizlik kəməri ilə birlikdə tətbiq olunmalıdır.

İlk dəfə keçən əsrin 40-cı illərində təhlükəsizlik yastıqlarına oxşar təchizat təyyarələrdə istifadə olunurdu və ilk patentlər 50-ci illərdə tərtib edilmişdi.

Amerika ixtiraçısı Allen Brid avtomobillərdə təhlükəsizlik yastığının əsas komponenti olan, toqquşmanı təyin edən diyircəkli datçiki yaratdı. O öz ixtirasın 1967-ci ildə Kraysler şirkətinə təqdim etdi.

Üstünlüklər

[redaktə | vikimətni redaktə et]

Təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır.

"Yaxın vaxtlarda keçirilmiş tədqiqat nəticəsində aydın oldu ki, 6.000-dən çox insan həyatı təhlükəsizlik yastığı sayəsində xilas edilmişdi". ([1][ölü keçid])