Təlafər qəzası | |
---|---|
36°30′ şm. e. 42°30′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Təlafər qəzası (ərəbcə: قضاء تلعفر) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Təlafər şəhəridir.
2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 4.453 km² ərazini əhatə edir.[1][2]
İnzibati cəhətdən dörd nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Təlafər nahiyyəsi (ərəbcə: ناحية تلعفر)[3], Zimmər nahiyyəsi (ərəbcə: ناحية زمار), Rəbiyyə nahiyyəsi (ərəbcə: ناحية ربيعة) və Ayadiya nahiyyəsi (ərəbcə: ناحية العياضية)
10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Təlafər qəzasının əhalisi həmin tarixdə 425.861 nəfər olmuşdur.[4] Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır.[5] Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Təlafər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 13.71%-ni təşkil edirdi.[4] Qəzanın inzibati mərkəzi olan Təlafər şəhəri monoetnik türkman şəhəridir.[6] Şəhərdə yaşayan türkmanaların 75%-i şiə, 25%-i isə sünni müsəlmanlardır.[6]
İnzibati vahid[1] | Ərazisi, 2009-cu il[1] | Təxmini əhalisi, 2010-cu il[9] | Nisbəti | Etnik çoxluq | Etnik azlıqlar |
---|---|---|---|---|---|
Bütün qəza | 4 453 km² | 395 000 | 100.00% | (70%[10]-75%[11]) türkmanlar | (25%[11]-30%[10]) ərəblər və sairə |
Təlafər nahiyyəsi | 3 206 km² | 210 000 | 53.20% | türkmanlar | ərəblər |
Zimmər nahiyyəsi[12] | 1 247 km² | 77 000 | 19.50% | türkmanlar | ərəblər |
Rəbiyyə nahiyyəsi | ...[13] | 63 000 | 15.90% | ərəblər[14] | türkmanlar |
Ayadiya nahiyyəsi | ...[13] | 45 000 | 11.40% | türkmanlar | ərəblər |
Bütün qəza əhalisi oturaq olsa da tayfa quruluşunu saxlamışdır və qəza ərazisində toplam 82 tayfa yaşayır. Onalardan 51-i türkman tayfasıdır.