kənd | |
Təpədölək | |
---|---|
40°44′10″ şm. e. 43°53′34″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Düzkənd rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.530 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Təpədölək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.[2][3]Mənbədə Təpə Dəllək kimidir.[4]
Rayon mərkəzindən 4 km cənubda yerləşir. Kəndin başqa adı erməni mənbələrındə Təpədöllək[5], Təpədəlik[6] kimi də göstərilir.
Toponim Azərbaycan dilində "qayalıq, dağlıq yer" mənasında işlənən təpə sözü ilə "Kitabi-Dədə Qorqud" dastanında adı çəkilən Dönə bilməz Dölək Uran şəxs adındakı Dölək sözü əsasında əmələ gəlib. "Döləyə məxsus təpə" anlamını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə dəyişdirilib Arevik qoyulmuşdur.
Burada 1806–1809-cu ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1810–1815-ci illərdə Türkiyənin Alaşkert və Basin vilayətlərindən köçürülmüşdür[6]. XIX əsrin 70-ci illərin-də kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir[7] 1886-cı ilə aid mə’lumata görə kəndin əhalisi erməni idi. 1945-ci ildə kənd ermənicə Arevik adlandırılmışdır. Təpədölək dağının adındandır.