Uçan ulduzlar | |
---|---|
Leteće zvezde | |
Növü | aerobatika eskadronu |
Yaranma tarixi | 1985-2000 |
Ölkə | Yuqoslaviya Sosialist Federativ Respublikası, Serbiya və Monteneqro |
Tabedir | Yuqoslaviya Hərbi Hava Qüvvələri |
Rəngləri |
Göy, ağ, qırmızı |
Təchizatı | 7 IJ-21 Jastreb, 7 G-4 Super Galeb |
Uçan ulduzlar (serb-xorv. Летеће звезде / Leteće zvijezde) — Yuqoslaviya Sosialist Federativ Respublikasına, daha sonra isə Serbiya və Monteneqroya məxsus olmuş aerobatika eskadronudur.[1]
1985-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikası Hərbi Hava Qüvvələri tərkibində qurulmuşdur. Uçuşlar üçün Soko J-21 Jastreb[ing.] Təyyarələri istifadə olunurdu. 1990-cı ildə bu təyyarələr Soko G-4 Super Galeblərlə[ing.] əvəz olundu. 1991-ci ildə başlayan Yuqoslaviya müharibələri əvvəlcə komandanın, daha sonra isə Yuqoslaviya dövlətinin dağılmasına səbəb oldu.[2]