Uşa Vens | |
---|---|
ing. Usha Vance | |
Şəxsi məlumatlar | |
Doğum adı | Usha Bala Chilukuri |
Doğum tarixi | 6 yanvar 1986[1] (39 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | vəkil |
Həyat yoldaşı |
|
Uşağı | 3[3] |
Dini | hinduizm[4] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
whitehouse.gov/administr… | |
Vikianbarda əlaqəli mediafayllar |
Uşa Vens (ing. Usha Chilukuri Vance; 6 yanvar 1986[1], San-Dieqo, Kaliforniya) — Amerikalı hüquqşünas, ABŞ-ın 50-ci vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı.[5]
15 iyul 2024-cü ildə ABŞ-ın keçmiş 45-ci prezidenti və Respublikaçılar Partiyasının namizədi Donald Tramp Uşanın əri Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd kimi seçdi. Trampın ABŞ-də prezident seçkilərindəki qələbəsi nəticəsində o, Amerika Birləşmiş Ştatlarının ikinci xanımı kimi xidmət edən ilk hind-amerikalı rəngli qadın oldu.[6]
Uşa Çilukuri Kaliforniyanın San Dieqo şəhərətrafı şəhərində[7] teluqu dilli hind mühacirləri Kriş və Lakşmi Çilukurinin ailəsində anadan olub böyüyüb.[8] Onların hər ikisi professordur.[9][10] Onun valideynləri Hindistanın Andhra Pradeş əyalətində anadan olublar.[11] Uşaqlıq dostları onu "lider" və "kitab qurdu" kimi təsvir edirdilər.[12]
O, Yel Universitetində oxuyub, buranı əla qiymətlərlə bitirərək tarix üzrə bakalavr dərəcəsi alıb və "Phi Beta Kappa" üzvlüyünə qəbul olub. Daha sonra o, təhsilini İngiltərədəki Kembric Universitetində Qeyts Kembric Təqaüdçüsü kimi davam etdirib və 2010-cu ildə Fəlsəfə Magistr dərəcəsini alıb. 2013-cü ildə o, Yel Hüquq Jurnalının İcraçı İnkişaf Redaktoru vəzifəsində çalışdığı Yel Hüquq Məktəbindən hüquq üzrə PhD elmi dərəcəsi alıb.[13]
Yel Hüquq Məktəbində oxuyarkən, Çilukuri gələcək əri Ceyms Devid Vens ilə tanış oldu və bu münasibət onların professoru Emi Çua tərəfindən təşviq edildi.[14] 2013-cü ildə Çilukuri və Vens Yale Universitetində "ağ Amerikada sosial tənəzzül" mövzusunda müzakirə qrupuna ev sahibliyi etdilər.[15]
2014-cü ildə Çilukuri Birləşmiş Ştatların Demokratlar Partiyasının qeydə alınmış dəstəkçisi idi.[12]
O, 2014-cü ildən 2015-ci ilə qədər o zamankı Kolumbiya dairəsinin hakimi Brett Kavanauqda və 2017-ci ildən 2018-ci ilə qədər ABŞ Ali Məhkəməsinin o vaxtkı Baş hakimi Con Robertsin yanında hüquq katibi vəzifəsində çalışıb.[16] O, 2019-cu ilin may ayında Kolumbiya Vəkillər Kollegiyasına qəbul edilib və 2024-cü ilin iyul ayına qədər "Munger, Tolles & Olson LLP" hüquq firmasında çalışıb.[17]
O, Kembric Geyts Məzunları Assosiasiyasının idarə heyətində xidmət etmiş və Sinsinnati Simfonik Orkestrinin idarə heyətinin katibi olub.[18].
Çilukuri və Ceyms Devid Vens 2014-cü ildə Kentukkidə dinlərarası nikah mərasimi ilə evləniblər.[12][19] 2024-cü ilə qədər onların üç övladı, Evan (6 yaş), Vivek (4 yaş) və Mirabelle (2 yaş) anadan olub.[20][21]. O, hinduizmə sitayiş edir, əri isə katolikdir.[19][22]
Ərinin həyatından bəhs edən "Hillbilly Elegy" (2020) filmində onu aktrisa Freida Pinto canlandırır.[23]