UEFA Millətlər Liqası | |
---|---|
Açılış ili | 2018 |
Region | Avropa (UEFA) |
Komandaların sayı | 55 |
Son çempion | Fransa (1-ci dəfə) |
Ən uğurlu komanda |
Portuqaliya Fransa |
Veb səhifəsi | Rəsmi vebsayt |
UEFA Millətlər Liqası — UEFA-ya üzv olan federasiyaların kişi milli futbol komandaları arasında iki ildən bir keçirilən futbol turniri.[1].
İlk turnirə 2018-ci ilin sentyabrında start verildi. A diviziyasında qruplarını birinci sırada bitirən 4 komanda Portuqaliyada keçirilən final mərhələsinə yüksəldi. Bundan əlavə, hər diviziyadan bir komanda UEFA Avro 2022-yə vəsiqə qazanacaq.
Turnir milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarını əvəzetmək məqsədilə təsis edilmişdir.[2]
UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Qəbul edilmiş formata əsasən (qeyd etmək lazımdır ki, format təsdiqlənməmişdən öncə Kosovo hələ UEFA üzvü olmamışdı) 55 komanda A diviziyasında 12, B diviziyasında 12, C diviziyasında 15 və D diviziyasında 16 komanda olmaqla dörd diviziyaya ayrılır.[3]
Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayır. Oyunlar hər matç həftəsində 2 oyun olm
Ən yuxarı diviziya olan A diviziyasının dörd qrup birincisi UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşır. Finallar iki yarımfinal, bir üçüncülük uğrunda matç, bir çempionu müəyyənləşdirən final matçından ibarətdir. Ev sahibi ölkə 4 yarı finalist komanda arasında müəyyənləşdirilir.
Bu turnirin maraqlı tərəflərindən biri də komandaların alt diviziyaya düşmə və üst diviziyaya qalxa bilməsidir. B, C, D diviziyasının komandaları bir üst diviziyaya yüksələ bilər. A, B, C diviziyasının komandaları isə bir alt diviziyaya enə bilər. Qruplardakı komanda sayının fərqliliyinə görə C diviziyasının ən pis mübarizə aparan qrup üçüncüsü də D diviziyasına enir.
Qruplarda iki və ya daha çox komandanın xallarının bərabər olması halında sıra ilə aşağıdakı kriteriyalardan istifadə olunur: