uCoz | |
---|---|
![]() | |
URL | uCoz.ru |
Kommersiya | Hə |
Tipi | Veb-servis |
Qeydiyyat | Hə, pulsuz |
Dilləri | rus, ukrayna, inglis, alman, ispan, fransız, macar, ərəb, isveç |
Sahibi | Ukoz Media |
Açılma tarixi | 29 oktyabr 2005 |
Alexa reytinqi |
|
uCoz — 29 oktyabr 2005-ci ildə yaradılmış, Web 2.0 prinsip əsasında və SaaS platformada fəaliyyət göstərən sistemdir. Ona saytın pulsuz idarəetmə sistemi və qeyri-məhdud disk məkanı olan hostinq daxildir.. İndiyə kimi sistemdə bir milliondan artiq sayt yaradılıb[2]. uCoz.ru rusiyanın 14 ən popular saytlardan biridirAlexa Internet[3].
Sistem çıxış kodunun bağlılığına sahib olmaqla, server skriptlərinin və verilənlər bazasının yüklənməsi imkanlarının yoxluğu ilə digərlərdən seçilir. Lakin bu, PHP, Perl və ASP-dən istifadənin qeyri-mümkünlüyü və saytın uCoz-dan digər platformaya keçidin çətinliyi ilə əlaqədar bir sıra əlverişsiz şərait ortaya qoyur. uCoz sistemi bir neçə dilə tərcümə olunub, özü "olduğu kimi" şəklində pulsuz rejimdə təqdim olunur və istənilən istifadəçinin onun imkanlarını öyrənib test keçirməsınə şərait yaradır. Bundan istənilən şəxs yararlanmaq arzusunda olarsa, vaxt qeyri-məhduddur. Lakin bu rejimdə yaradılan saytlarda sistemə aid olan reklam və müəllif hüquqları haqqinda məlumat yerləşəcək. Bunları sistemin lisenziyasını almaqdan sonra aradan qaldırmaq olar.
• Ehtiyat surət çıxarılması
• İdarəetmə panelində reklamın gizlədilməsi
Müxtəlif ödəniş variantları (Paymer.com ,Webmoney, E-Gold, UkrMoney, MoneyMail , PayPal, Visa, MasterCard, American Express, Diner's Club, JCB, Discover, Digital Chec və s.) ödəmə prosedurunu asanlaşdırır, tərəfdaşların etibarlı və yüksək sürətli xidmət sistemi bu prosesi tez və təhlükəsiz edir. Ayrıca, ödəmələrin tarixi və bütün ödəniş informasiyalarına qoşulma imkanı var.