2010 Avroviziya Mahnı Müsabiqəsi | ||
---|---|---|
Alyoşa | ||
Milli seçim | ||
Ölkə | Ukrayna | |
Seçim prosesi | Milli final | |
Seçim tarixi | 29 Dekabr 2010 (müğənni) | |
Təmsilçi | Vasil Lazaroviç | |
Mahnının dili | İngilis | |
Nəticələr | ||
YF nəticəsi | 7-ci yer, 77 xal. | |
Final nəticəsi | 10-cu yer, 108 xal. |
2010 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı Vasil Lazaroviç təmsil edəcək.[1][2]
Vasil Lazaroviçin seçimi haqqında qərarı Ukrayna Milli Televiziya kanalının bədii şurası qəbul edib. Qeyd olunur ki, Lazaroviçin namizədliyini bədii şuranın 11 üzvündən 10-u dəstəkləyib. Bədii şuranın səsverməsinin nəticələrinə həsr olunmuş mətbuat konfransında Ukrayna Milli televiziya şirkətinin prezidenti Vasili İlaşuk deyib ki, Avroviziya ətrafında ajiotaj yaratmamaq üçün bu dəfə Ukrayna təmsilçisinin seçimi daxili səsvermə ilə həll olunub. Şirkət prezidenti onu da əlavə edib ki, belə praktika ölkələrin bir çoxunda mövcuddur.
Müğənnini daxili ekspertlər tərəfindən seçilsə də, mahnı seçimi ümumilli müsabiqə yolu ilə reallaşacaq. Ukrayna Milli Televiziya kanalı və Avroviziyanın ukraynalı təmsilçisi artıq müəlliflərə öz mahnılarını göndərməklə bağlı müraciət ediblər.[3]