Ulad-Yəiş | |
---|---|
36°29′46″ şm. e. 2°51′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 09015[1], 09058[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Ulad-Yəiş (ərəb. أولاد يعيش) — Əlcəzairin şimalında, Blida vilayəti ərazisində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir.
Şəhər vilayətin mərkəzi hissəsində, vilayətin inzibati mərkəzi Blidanın yaxınlığında, dəniz səviyyəsindən 223 metr yüksəklikdə yerləşir.[2]
Ulad-Yəiş ölkənin paytaxtı Əlcəzairdən təxminən 30 kilometr cənub-qərbdə yerləşir.
Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Dalmati adlandırılırdı.
2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 87,131 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:[3]
1977 | 1987 | 1998 | 2008 | 2012 |
---|---|---|---|---|
9,723 | 27,032 | 55,043 | 87,131 | 109,180 |