Ulan-Sutqalan | |
---|---|
monq. Улаан-Цутгалан | |
![]() Şəlalənin görünüşü | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 24 m |
Eni | 12 m |
Çay | Ulan |
Yerləşməsi | |
46°47′ şm. e. 101°57′ ş. u.HGYO | |
Ölkə |
![]() |
|
|
![]() |
Ulan-Sutqalan (monq. Улаан-Цутгалан) — Monqolustanda şəlalə. Orxon çayının sağ qolu olan Ulan çayı üzərində yerləşir. Hündürlüyü 24 metrdir.
Şəlalə Xanqay yaylasında, Xarxorin şəhərinin 54 km-də, Xujirt qəsəbəsi yaxınlığında yerləşir. Şəlalə ölkənin əsas görməli yerlərindən biri hesab olunur. Yerli əhalinin dilində "Qırmızı axım" deməkdir. Bəzi mənbələrdə şəlaləni Orxon adlandırırlar. Məhs o ölkənin ən böyük çayı olan Orxonun qolu üzərində formalaşıb. Xanqay yaylasında formalaşan Ulan çayı yuxarı axarlarda dar və dərin kanyona bənzər dərələrlə axır. Dağlıq ərazidən düzənliyə çıxan zaman çay genişlənir və bu ərazidə Ulan Sutqalan formalaşır.[1]
Geoloji hesablamalar görə 20-30 min il əvvəl çay yatağı ərazisində vulkan püskürməsi baş vermiş və qaynar lava Orxon çayı vadisinidə 100 km-lik ərazini əhatə etmişdir. Min illər boyu çay vulkanık, bazalt mənşəli süxurları aşındırmış və dərin kanyon formalaşmışdır. Şəlalə Orxon çayının 100 metrliyindədir. 24 metrlik şəlalə əslində güclü zəlzələ nəticəsində meydana gəlmiş, eni 12 metr olan şəlalə əsas iki axımdan ibarətdir. Şəlalənin töküldüyü yerdə kiçik hovuz meydana gəlmiş və su sonra tədricən vadi boyu yayılır.[2]
Şəlalə daha çox yaz aylarında gözəl və bol sulu olur. Ulan çayı, ümumən ərazidə yerləşən bütün çaylar yağış suları ilə qidalanır. Quraq aylarda çayın suyu azalır və bəzi vaxtlar quruyur.
Şəlaləni hər tərəfli müşahidə etmək üçün iki yol mövcuddur. Yollardan biri nisbətən dikdir və şəlalə kənarından bir başa aşağıya enir. İkinci yol isə nisbətən meyillidir və digərindən 200 metr aralıda yerləşir.[3]
XX əsrin 20-ci illərində rus tədqiqatçı Kuzmiç Pyotr Kozlov Monqolustanın bu bölgəsinə səyahət etmiş və şəlaləni öz qeydlərində təsvir etmişdir. Bir müddət şəlalə «Kozlov ekspedisiyası şəlaləsi» adlanırdı.[1]
Şəlaləyə getmək üçün öncə Xarxorin şəhərinə çatmaq, sonra isə Xujirt qəsəbəsinə getmək şərt. Xujrit Xarxorindən 54 km aralı yerləşir. Qəsəbəni şəlalədən 2-3 saatlıq yol ayırır. Bazalt və vulkanık süxurların yayıldığı ərazidən keçən bu yol çox mənzərəlidir. Şəlalə yaxınlığında bir neçə turist bazası yerləşir. Baxmayaraq ki, şəlaləni paytaxt Ulan-Batordan 400 km ayırır, ərazidə paytaxdan gələn çoxlu turistlərə rast gəlmək mümkündür.[1]