Joze Ulisseş de Pinya Korreya i Silva | |
---|---|
port. José Ulisses de Pina Correia e Silva | |
Kabo-Verde Respublikasının Baş naziri | |
22 aprel 2016 – h.h | |
Əvvəlki | Joze Mariya Neveş |
Şəxsi məlumatlar | |
Doğum adı | José Ulisses de Pina Correia e Silva |
Doğum tarixi | |
Doğum yeri | Praya, Kabo-Verde |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
ulisses2016.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Joze Ulisseş de Pinya Korreya i Silva (port. José Ulisses de Pina Correia e Silva; 4 iyun 1962, Praya) — kabo-verdeli iş adamı və siyasətçi, 22 aprel 2016-cı ildən etibarən Kabo-Verde Baş naziri.[1]
Demokratiya Uğrunda Hərəkat Partiyası 20 mart 2016-cı ildə təşkil olunmuş parlament seçkilərində qalib gəldi və o, Baş nazir vəzifəsinə başladı.[2]
Silvia 1988-ci ildə Lissabon Texniki Universitetinin İqtisadiyyat və Biznes İdarəetmə fakültəsini bitirib.[3]
Silva fəaliyyətinə bank sektorunda başladı. 1989–1994-cü illərdə Kabo-Verde Bankında idarəetmə direktoru kimi çalışıb. Kabo-Verde Jan Piaje Universitetində müəllim kimi dərs deyib.[3]
Silva Kabo-Verde hökumətində 1995–1998-ci illərdə Maliyyə məsələləri üzrə dövlət katibi və 1999–2001-ci illərdə Maliyyə Naziri vəzifələrində çalışıb. 2008-ci ildə Praia bələdiyyə başçısı seçildi və 2013-cü ildə yenidən bu vəzifəyə təyin olundu. Silva 2013-cü ildə DUH-ın Prezidenti oldu.[4]
Silva eyni zamanda 2013-cü ildə APAALPŞB-in İcraçı Prezidenti kimi çalışıb.[5]
2016-cı ilin iyun ayında Silva və Maliyyə Naziri Olavo Korreyya Kabo-Verde iqtisadiyyatı mövzusunda Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüşdü. Bir neçə ay sonra, 2016-cı ilin sentyabrında Silva və hökumət üzvləri BVF ilə görüşərək 2016-cı il IV Maddə məsləhətləşməsini müzakirə etdilər.[6]
Silva 2020-ci ilin fevralında səslərin 99%-i alaraq yenidən Demokratiya Uğrunda Hərəkat Partiyasının Prezidenti təyin edildi. O, 2021-ci il seçkilərində də partiyasından öz namizədliyini irəli sürdü və yenidən qazandı.[7]