Umşaqplats (alm. Umschlagplatz; mənası – "toplama nöqtəsi" və ya "yenidən yükləmə nöqtəsi") — gettoda məhbusların çeşidləndiyi və ölüm düşərgələrinə göndərildiyi xüsusi keçid məntəqəsi. Ən böyük umşaqplats Varşava gettosunun yanında idi. 1942-ci ildə Polşada Holokostun ən ölümcül mərhələsi olan[1][2] Reynhard əməliyyatı zamanı 254,000–265,000 yəhudi Varşava umşaqplatsındanTreblinka məhv düşərgəsinə göndərilmişdir.[3]
Çox vaxt bu, kimin ölümə göndəriləcəyinə və başqa kimin əməyə uyğun hesab ediləcəyinə qərar verildiyi bir şəhər meydanı və ya başqa bir açıq yer idi. Böyük gettolarda umşaqplats tez-tez dəmiryolunun yanında yerləşirdi. Varşavada deportasiyanı asanlaşdırmaq üçün "köçürmə"ni əsas dəmiryolu ilə birləşdirən xüsusi dəmiryolu xətti də çəkilmişdi. Varşava gettosunda yerləşən umşaqplats dəmiryolu vağzalının gettodan kənarda qalan tikililərdən hasarla, daha sonra isə divarla ayrılmış hissəsini əhatə edirdi.
Gross Aktion of July to September.