Umayd-Bhavan

Umayd-Bhavan
Xəritə
Ümumi məlumatlar
Ölkə
Koordinatlar 26°16′51″ şm. e. 73°02′49″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Codhpur Hotel Umayd-Bhavan Palas
Fonda Mehrangarh qalası olan Rajput müharibəsini (ehtimal ki, Moğollarla) təsvir edən Umayd-Bhavan Sarayının içərisindəki rəsm (freska).
Sarayın bağları

Umayd-Bhavan (ing. Umaid Bhawan Palace) — Hindistanın Racastan ştatının Codhpur şəhərində saray və dünyanın ən böyük şəxsi iqamətgahlarından biridir. Sarayın ərazisinin bir hissəsində "Taj Hotels" şəbəkəsi tərəfindən idarə olunan mehmanxana fəaliyyət göstərir. Saray öz adını Codhpurun hazırkı maharacisinin babası maharaci Umayd Sinqhin şərəfinə almışdır, saray onun hakimiyyəti dövründə Mehrangarh qalasını əvəz etmək üçün tikilmişdir. Sarayın ilkin adı Çittar (Chittar Palace) idi, çünki şəhər daxilində yüksək Çittar təpəsində yerləşirdi. Tikinti 1929-cu il noyabrın 18-də başlanmış və 1943-cü ildə tamamlanmışdır.[1].

Saray 10,5 hektar ərazini əhatə edir ki, bunun da 1,4 hektarı binalar, 6,1 hektarı isə bağlardır. O Codhpur şəhərinin cənub-şərq kənarındakı Çittar təpəsində yerləşir. Tikinti 3000-5000 işçinin iştirakı ilə 15 ilə başa gəlib. Tikintidə sementdən istifadə olunmayıb. Materialların daşınması üçün dəmir yolu xətti çəkilib. Saray elə tikilib və qurulub ki, əlavə istilik və soyutma xərcləri olmadan içəridəki temperatur demək olar ki, sabit saxlanılır.

Saray britaniyalı memar Henri Lançester tərəfindən dizayn edilib, Hindistanın və Avropanın (Art Deco) ənənəvi memarlıq üslublarını özündə birləşdirir. Binanın, ündürlüyü 30 m olan nəhəng mərkəzi günbəzi İntibah memarlığı üslubunda tikilmişdir. Tikintinin ümumi dəyəri 9,4 milyard rupidir. Tikintiyə mühəndis Hiranand Bhatiya rəhbərlik edirdi. Orijinal interyerlər London şirkəti Maples tərəfindən hazırlanmışdı, lakin 1942-ci ildə gəmi onlarla birlikdə almanlar tərəfindən batırıldı. Nəticədə maharaci işi görmək üçün Polşa şirkətinə müraciət etdir. İnteryerin art deko üslubundadır və Polşa rəssamı Stefan Norblinin ekzotik freskaları ilə tamamlanır.

Sarayın panoraması.

Sarayın tikintisi 20-ci əsrdə Maharacalar tərəfindən həyata keçirilən şəhərin abadlaşdırılması üçün əsas layihə idi. Saray kral iqamətgahı və knyazlığın simvolu kimi Meherangarh qalasını əvəz edəcək qədər əzəmətli olmalı idi. Digər səbəb uzun illər dağıdıcı quraqlığın nəticəsi olan işsizliyin artmasının qarşısının alınması zərurəti idi. Tikinti üçün Hindistan memarlığına yaxşı bələd olan britaniyalı memar Henri Lançester seçilmişdi. O, Racastanda İslam hökmranlığının çox qısa olduğunu və yerli əhali üçün yad olduğunu iddia edərək, binanın Moğol üslubunda tikilməsinə qarşı çıxdı. Tikintidə müasir üsullardan və Avropa üslubunun elementlərindən istifadə olunub.

  1. Umaid Bhawan Palace Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine iloveindia.com