Unaqi

Restoranda servis edilən unaqi.

Unaqi (ウナギ?) - şirinsu ankvili, xüsusilə Yapon ankvili üçün işlədilən yapon söz.[1] Unaqi Yaponiya mətbəxində geniş istifadə olunan məhsuldur, kabayaki kimi geniş istifadə olunur. Duzlu suda yaşayan və Yaponiyada anaqo kimi tanınan ankvillərlə səhv salınmamalıdır.

Yaponiya mətbəxi

[redaktə | mənbəni redaktə et]

Unaqi əsasən donburi tipli xörək olan unadon şəklində servis edilir: unaqi dilimləri düyü üzərinə qoyulur (bəzən bu xörəyə unaqidon deyilir). Unaqi piroqu adlı şirin biskvit növü də unaqidən hazırlanır.[2] Unaqidə çoxlu protein, A vitaminikalsium var.[3]

Yaponiyada unadon restoranları çoxdur. Çox vaxt bu restoranların önündə unaqi sözünün ilk hərfi olan "" hiraqanası işarə olur. Şizuoka prefekturasının Hamamatsu şəhərindəki Hamana gölündə ən yüksək keyfiyyətə malik unaqilər yaşayır. Nəticədə gölün ətrafında bir çox kiçik unaqi restoranı açılmışdır. Unaqi əsasən isti yay aylarında yeyilir. Hətta Buğa bürcünün orta günü unaqi yemək üçün xüsusi gündür.[4][5]

İçində unaqi və xiyar olan suşi növü unakyo adlanır. Unaqi zəhərli balıq olduğundan zəhərini məhv etmək onu həmişə bişirirlər və çox vaxt tare sousu ilə servis edirlər. Taresiz qızardılan və duzlanan unaqi "Şirayaki" adlanır.[6]

Mütəxəssislər müştərilərə unaqi yeməkdən qaçınmalarını tövsiyə edir, çünki dünyada şirinsu ankvillərinin sayı getdikcə azalır. Unaqi kimi istifadə edilən hər üç ankvil növü də keçən əsrin ikinci yarısında kəskin populyasiya azalmasına məruz qalmışdır. Misal üçün, Avropa ankvilinin tutulma sayı 1960-cı illərdən bəri 80 % azalmışdır. Yaponiya Ətraf Mühit Nazirliyi Yaponiya ankvilini ölkənin Qırmızı kitabında "təhlükədə olan" kateqoriyasından "yox olmuş" kateqoriyasına daxil etmişdir.[7]

  1. "日本鰻". Local Sensei. 28 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 May 2014.
  2. "Archived copy". 2009-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-14.
  3. "Arxivlənmiş surət". 2021-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  4. Yoshizuka, Setsuko. "About.com: Introduction to Japanese Unagi". 2009-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-19.
  5. "Health Hokkaido: Beef Saturday- The Origin of Eel Day". 2009-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-07-19.
  6. "Arxivlənmiş surət". 2017-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-07.
  7. Westlake, Adam. "Japanese eel now officially seen as endangered". Japan Daily Press. 2013-02-04. 2014-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 May 2014. (#invalid_param_val)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]