Uqanda Qırmızı Xaç Cəmiyyəti

Uqanda Qırmızı Xaç Cəmiyyəti
URCS
ing. Uganda Red Cross Society
Loqonun şəkli
Növü Qeyri-hökumət təşkilatı
Fəaliyyəti Humanitar yardım
Yaranma tarixi 1964
Mərkəzi Kampala, Uqanda
Sədr İvan Usiçenko
Büdcəsi 12 milyon dollar (2004)
redcross.org.ua/en/

Uqanda Qırmızı Xaç Cəmiyyəti (ing. Uganda Red Cross Society) — 1964-cü ildə yaradılmışdır və ilkin olaraq Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir hissəsi idi. Baş qərargahı Kampala şəhərində yerləşir.

Uqanda Qırmızı Xaç Cəmiyyəti ölkə ərazisində fəaliyyət göstərən ən böyük yerli humanitar təşkilatdır.

1941-ci ildə Britaniya Qırmızı Xaç Cəmiyyətinin bir filialı olaraq fəaliyyətə başladı. 1964-cü ildə Uqanda Parlamentinin qəbul etdiyi akt əsasında Uqanda Qırmızı Xaç Cəmiyyəti kimi formalaşdı. Bir il sonra 1965-ci ildə cəmiyyət Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin üzvü olaraq qəbul edildi.

Cəmiyyət növbəti illər ərzində böyüməyə başladı və hazırda bütün Uqanda ərazisində 51 filialı və 30 yarımfilialı var. Uqanda Qırmızı Xaç Cəmiyyəti həm də missiyanın icrasında bir sıra tərəfdaşlarla birgə fəaliyyət göstərir. Bu təşkilatlara Uqanda hökuməti, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Maliyyə Agentlikləri, korporativ şirkətlər və Qırmızı Xaç Milli Cəmiyyətləri daxildir.

Uqanda Qırmızı Xaç Cəmiyyətinin məqsədi insanların ən həssas ehtiyaclarına belə cavab verən güclü, sağlam və özünü dəstəkləyən bir cəmiyyət qurmaqdır. Onun missiyası Uqandada insanların həyatını xilas edən, yaşayış vasitələrini dəstəkləyən və insan ləyaqətini təbliğ edən aparıcı humanitar təşkilat kimi fəaliyyət göstərməkdir.

  1. İnsanlıq
  2. Bölünməzlik
  3. Tərəfsizlik
  4. Müstəqillik
  5. Könüllü Xidmət
  6. Birlik
  7. Universallıq

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]